Özəl:

Victor Hugodan aforizmler



Victor Hugodan aforizmler
*Bekarçılıq - uşaqların xoşbəxtliyi və qocaların bədbəxtliyidir.
*Yuxusuzluq - bu gecənin insan üzərindəki zorakılığıdır.
*Utanmazlıq bəzən ayıbı gizlədir.
*Bizim xəyallarımız bizə ən uyğun olanıdır. Hər bir xəyal öz xüsusiyyətlərinə uyğun olaraq tərtib edilir.
*Böyük təhlükələrin öz gözəlliyi var: O tanış olmayan insanlara qardaşlıq həyatı verir.
*Dahi insanlar nadir hallarda təklikdə görünür.
*Həyatda ən uca şey xoşbəxtlikdir - bu bizim sevildiyimizin əminliyidir, bizi necə varıq elə sevilirik və ya baxmayaraq ki biz beləyik , biz sevilirik.
*İnsanın daxilindəki yaxşılıq - bu günəşdir.
*Bir-birinizi hər zaman ürəkdən sevin. Dünyada demək olar ki, sevgidən başqa bir şey yoxdur.
*Diplomat sizə hər şey verər, öz hisslərindən başqa.
*Dünya qüvvələrindən daha böyük qüvvə vardır: O Vaxtı gəlmiş ideyadır.
*Qurbağa başqa bir qurbağanı dünyaya gətirərək əsər yaradır. Siz şübhə edirsiniz ? Sizdə eynisini etməyə çalışın.
*Həyat - mahnıdır. Nəqarəti isə - ölüm.
*Həyat - güldür. Sevgi - nektar.
*Məntiq heç bir mərhəmət bilmir.
*Susmaq - insanın bütün dərdlərini özündə sınayan ruhun sığıntısıdır.
*Qadınlara hərdən itaət etmək lazımdır ki,onun üzərində hökmranlıq edəsən.
*Bizim hərəkətlərimiz bizi ən uca göylərə qaldırar və eyni zamanda endirə bilər.
*Cəhalət (biliksizlik) - bu alaqaranlıqdır, orada pislik axtarılır.
*Qadına heç vaxt onun çətin başa düçəcəyi sözü demək lazım deyil. Çünki o, bu haqda fikirləşəcək və onun fikri nadir olmayan hallarda səhv yönə olacaq.
*Mənəviyyat - çiçəkli bir haqqdır.
*Cəmiyyət iki qrup insanları sevmir: Ona qarşı çıxanları və Onu müdafiə edənləri.
*Bir gün mən küçədə kasıb sevən gördüm. Onun üzərində köhnə papaq və dirsəkləri yeyilmiş palto vardı lakin, onun qəlbində ulduzlar parıldayırdı.
*Qorxu üzərində qələbə bizə güc verir.
*Məhşurluq - bu şöhrət dəyişdirilən qəpik kimidir.
*Gülüş - bu günəşdir, o İnsan üzündən qışı qovur.
*Gələcəyin bir neçə adı var. Zəif insan üçün gələcəyin adı - mümkünsüzlükdür. Qorxq insan üçün - naməlumluq. Düşüncəli insan üçün - ideal.
*İnsanda bir zülmkarlıq var - cəhalət.
loading...
Offline
  • Şərh №: 1
  • 19 mart 2015 12:58
  • Xəbər sayı: 34
  • Şərh sayı: 104
cox gozel menali aforizmlerdir tesekkurler 22

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər