Özəl:

Albert Eynşteyn aforizmləri (2)



Albert Eynşteyn aforizmləri (2)
Aclıqdan qarnı quruldayandan dürüst siyasətçi olmaz.

Ağıllı və yaxşı niyyətli insanlara xas bir ada olması üçün nələr verməzdim; elə bir yer olsa mən də vətənpərvər olardım.

Ancaq başqaları üçün yaşanan bir həyat, yaşamağa dəyər bir həyatdır.

Axmaqlığın ən böyük dəlili, eyni şeyi dəfələrlə edib fərqli bir nəticə əldə etməyi ümid etməkdir.

Mənə güvənilən bir sirri müqəddəs bir əmanət kimi saxlayaram, amma sirləri əlimdən gəldiyi qədər bilməməyə çalışaram.

Bəzi kişilər qadınları anlamağa çalışar, digərləri özlərini daha sadə mövzulara həsr edərlər

Elm atom bombasını çıxardı, lakin əsl pislik insanların beyinlərində və ürəklərindədir.

Bir qum dənəsinin sirrini həll etməyi bacarsaydıq, bütün dünyanın sirrini öyrənmiş olardıq.

Bir ölkənin gələcəyi o ölkə insanlarının görəcəyi təhsilə bağlıdır.

Bu dünyada məni bir neçə adam baça düşdü, onlar da səhv başa düşdü.

Böyük gücə sahib suveren dövlətlər olduğu müddətcə döyüş qaçınılmazdır.

Çox ağıllı olduğumdan deyil, yalnız problemlərin üstündə daha çox dayanıram.

Dahiliyin mütləq bir sərhədi vardır, axmaqlığın əsla.

Dahiliyin 10da 1i qabiliyyət 10da 9u da çalışmaqdır.

Dünya; pislik edənlər deyil, tamaşaçı qalıb heç bir şey etməyənlər üzündən təhlükəli bir yerdir.

Dünyada bir dənə dahi uşaq bədbəxt olduğu müddətcə, böyük icadlar və irəliləmələr yoxdur.

Əgər bir adam marşla uyğunlaşma içində yeriyə bilirsə, o dəyərsiz bir varlıqdır. özünə yalnız bir onurğa iliyi kafi ola biləcəyi halda səhvən bir beyni olmuşdur onun. Sivilizasiyanın bu quru ləkəsi ən qısa müddətdə yox edilməlidir. Əmrlə gələn qəhrəmanlıqdan, şüurlu və şüursuz şiddətdən, axmaqca vətənpərvərlikdən, bütün bunlardan nifrət edirəm. Mən döyüşü və o soyuq silahları elə iyrəndirici və alçaldıcı hesab edirəm ki belə iyrənc bir hərəkətə qatılmaqdansa özümü yox edərəm daha yaxşıdır. Mənim anlayışıma görə sıravi bir cinayət, döyüşdə adam öldürməkdən daha pis deyil.
loading...
Offline
  • Şərh №: 2
  • 15 may 2016 07:43
  • Xəbər sayı: 198
  • Şərh sayı: 905
Bu dünyada məni bir neçə adam baça düşdü, onlar da səhv başa düşdü.

--------------------
Offline
  • Şərh №: 1
  • 7 yanvar 2015 01:05
  • Xəbər sayı: 0
  • Şərh sayı: 52
super olmus

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər