Özəl:

Ann Filip - Bir göz qırpımında (1-ci hissə)



Ann Filip - Bir göz qırpımında (1-ci hissə)
Tez oyanmışam. Hələ gecədir. Gözümü yumub yenidən yuxuya
getmək istəyirəm, amma bacarmıram. Geniş, dumanlı bir düzəng ahda, gerçəkliklə xülya arasın
da qalmışam. Yaxşısı budur lampanı
yandırıb kitab oxuyum, məni təngə gətirmiş qarma -qarışıq fikirləri
başımdan qovum, amma yorğunluq məni kütləşdirir, gözəl xatirə lər aləminə dalıram. Hərdən bu xatirələr məni elə bürüyür ki,
ömrünün hansı günlərini yaşadığımı unuduram. Amma şüur öz işini görür, xatirədən xatirəyə keçdikcə yerimdə qurdalanıram, üzümü sənin yastığına tərəf çevirirəm. Bəli, yastığını indi də hər gecə sağ tərəfdən yanıma qoyuram. Çevrilib sənin donuq sifətini
görürəm. Son nəfəsini çəkəndə üzünü boş yatağıma çevirmişdin.
Açıq gözlərinə, sakit, həyata biganə sifətinə, hərəkətsiz əllərinə baxırdım, duyurdum ki, əzabsız, qüssəsiz getmisən. Həmin gün sənə tamaşa etdikcə, soyuyub qaxaca dönmüş əllərini oxşadıqca, üz gözünü sığalladıqca, mənə elə
gəlirdi ki, ölməmisən, elə belə uzanmısan, çimərlikdəki kimi istirahət edirsən. Məni isə müqaivmət göstərə bilmədiyim bir axın özü ilə aparırdı. Sən ömürlük dayan mışdın, mən isə hələ hərəkət edə bilirdim. Ölüm bizi həmişəlik ayırmışdı.
Gözlərimi açıram, lampanı yandırıram, özümün özümə acıtım
tutur. Səhər açılır, amma bu gün də bir xoşbəxt əhvalat gözləmirəm. Məni yalnız sən görürdün, səni isə təkcə mən. Bu gün gözlərimin həmdəmi yoxdur və mən bir boşluqda yaşayıram. Bilirdim ki, belə olacaq. Hər bi
ri ölümlə qol-boyun gələn son günlərdə sənə baxırdım, məhəbbəti görmək istəyirdim, amma gözümə ölüm
görünürdü, fikirləşirdim: "Mən sənə baxdığım kimi sən də mənə bax, axı mənə heç olmasa xatirələr qalacaq, sənin isə heç nəyin
olmayacaq. Hər şey yoxa çıxacaq, heç təsəvvürün, xəyalın da olmayacaq. Bir heçlik. Sən heçliyə qayıdacaqsan”. Sənə on gözlə
baxmaq istəyirdim, hərəkətlərini, baxışlarını gözlərimə yığırdım. Gülümsəyirdim ki, sənin təbəssümünü görüm; əlini öpürdüm ki, əlimi necə öpdüyünə bir də baxım.
Özüm özümü arxayın edirdim ki, bunlar heç vaxt yadımdan çıxmayacaq. İstərdim əlinin yerlər bədənimdə həmişəlik qalsın, mənim çəkdiyim sığallar isə sənin bə dənini çürüməyə qoymasın. Mümkün olmayan bir iş üçün mübarizə aparırdım. Məğlub olmuşdum, çünki sən məğlub idin. Amma
heç özünün xəbərin yox idi. Gəzmək istəyirəm, həmişə yolda olamaq istəyirəm. Mənə elə
gəlir ki, yalnız bu cür yaşamaq mümkündür. Daha biz heç vaxt qoşa addımlamayacağıq, bu, həyatın ən böyük həqiqətidir. Bu gün
mən hara gedirəm? Axı gəzmək ayağın birini o birindən irəli at maq deyil. Gərək bir səmtin olsun. Mən həyatın qanunlarına əməl edirəm: yaşamalı və yaşatmalı. Bu çətin iş deyil, mən yalnız hər şeyə həyatın gözü ilə baxa bildikdən sonra öhdəmə düşən işi görə bilərəm.
Qışın sakitliyində, çılpaq və ətirsiz torpağın üzərində özümü yaxşı hiss edirəm. Qış yuxusuna dalmaq istəyirəm. Yazda, hərdən
qayıqda gəzinəcəyəm. Günəş, tumurcuqlar, ətirlər, quşların mahnıları məni valeh edəcək.
Baharın ilk çiçəyinə necə sevinməyə bilərsən və onu
n kimi sadə
ömür sürməkdən imtina etmək mümkünmü?
Sənsiz bir gələcək mənə lazımdırmı?
Lüksemburq bağında gəzinirəm. İki il əvvəl gəzdiyim cığırlarla
dolanıram. Səhərin ala-toranı... Skamyalar boş idi. Dərsə tələsən məktəblilər iti addımlarla keçirdilər. Fəvv
arə səhərin işığında par-par parıldayırdı. Qış yaxınlaşsa da, indiki kimi yağış yağmırdı.
Küləyin o yan bu yana qovduğu yarpaqlar da, ayağının altındakılar da ölmüşdülər. Yarpağa nə var ki? Başqaları cücərəcək. Sən ölürsən başqa bir insanın doğulduğu mə
nə təsəlli ola bilərmi? Tanış və sevimli cığırlarla o baş bu başa gedirdim. Ağacların hər biri
köndələn tir kimi yolumu kəsirdi. Bizim heç vaxt bir- birimizə demədiyimiz sözləri mən sənə dəyirdim. Mən asta- asta, ciyərlərim dolusu nəfəs alırdım. Əyləşməyə cəsarət etmirdim, dayanmağa qorxurdum. Elə gəzirdim ki, elə bil dayanmadan bütün dünyanı
dolanmalı idim. Mən baş alıb gedir, tövşüyürdüm. Mən çıxış yolu axtarmırdım, çünki hər şey qət olunmuşdu. Dözülməz bir hadisə
idi, vəssalam. O vaxta qədər heç ölümlə maraqlanmamışdım. Mən onu saya salmırdım. Yalnız həyatla maraqlanırdım. Ölüm! Bu elə bir görüşdür ki, həm labüddür, həm də heç mümkün deyil, çünki o gələndə biz daha mövcud olmuruq. Biz yox olan kimi o bizim yerimizi tutur: o mövcud olmalıdır, lakin onu tanıya bilərikmi, bu bircə andan artıq çəkərmi?
Dünyada ən çox sevdiyim bir varlıqdan ayrılmağa hazırlaşırdım.
"Əbədi ayrılıq” qapını kəsmişdi. Bilirdim ki, mənim məhəbbətimdən başqa heç nə bizi bir-birimizə bağlamayacaq. Fikirləşirdim ki,əgər könül adlanan məfhum hələ mövcuddursa, o yalnız xatirələrlə
yaşayacaq və bizim ayrılığımız əbədidir. Özüm özümə deyirdim ki, ölüm heç nədir, yalnız qorxu, fiziki əzab, sevdiyin adamlardan ayrılmaq əzabı, yaxud başlanmış bir həyatın amansız sonu və bunu duymaqdır. Həyatdan birdəfəlik getmək!
Mən bu dəhşəti duyurdum. Məni boğan, batıran, qurum rəngl bu qarınlığın mövcud olduğunu anlamaq üçün öz uşaqlıq xatirələ rimə qayıtmalı olurdum. Dörd beş yaşım var. Anamla vağzal dayıq. Pəncərənin qarşısında növbəyə durmuşuq. Növbəmiz çatan
kimi anam deyir: "V. Şəhərinə gedib gəlmək üçün bir bilet, ancaq getmək üçün bir uşaq bileti”. Mən onun müraciət etdiyi adamı
görmürəm, amma danışığı eşidirəm və anama sığınıram. Yadımda deyil
onu qucaqlayırdım ya yox, amma bu yadımdadır ki, onu hamıdan çox istəyirdim. O mənim dünyada yeganə sığınacağım,
yeganə arxam idi. Biz qatardayıq. Bütün dayanacaqları tanıyıram.
Bu yolu çox getmişəm. Bilirəm irəlidə məni nə gözləyir. Anamla birgə olacağım
vaxtın qurtarmasına nə qədər qaldığını hesablayıram. Sonra ayrılacağıq. Bu ayrılıq hər dəfə mənə həyatın özündən
də uzun görünür. Mənə elə gəlir ki, daha ağlamamağa öyrənmişəm. Amma ürəyimi elə bil məngənədə sıxırdılar, onun ağrısından
boğazım qəhərlənir, ağzım acı olurdu. Mən də, çoxlu başqa uşaq- lar kimi, ayrılmış valideynlərin övladıyam. Sevib sevildikləri üçün biribirindən intiqam almaq istəyən iki şəxsin artığıyam. Bəli, əslində bu adi bir haldır. İndi mən ata "payımı” yaşamağa gedirəm özü də
atamın yanında yox, onun qardaşı və qardaşı arvadının yanında. Qatar dayanır: V... şəhəri. Yaşamaq üçün 10-15 dəqiqə
vaxtım qalır. İndi biz gedib faytona əyləşəcəyik, orda anama sığınacağam. At yavaş-yavaş gedir, çünki Fransa küçəsi həm yoxuş-
dur, həm də dolanbac. Bu da axırıncı döngə. Artıq evi görürəm, başqa evlər kimi o da ağdır, birinci mərtəbəsində gözlük də var, heç kəs səni görmür, amma sən kimin qonaq gəldiyini, kimin zəngi basdığını görürsən. Mən anamı qucaqlayıb hələ iyirmiyə qədərsaya bilərəm
, vaxt qalıb, çünki fayton dönməlidir, ev yolun sol üzündədir. Sonra anam məni bağrına basacaq, mən də onu çoxlu
öpəcəyəm. O, faytondan düşməyəcək, elə həmin faytonla qayıdacaq. Mən isə, ürəyim həyəcandan partlasa da, sakit-sakit
ikiüzlülüklə ona əl etməli idim, burda öyrənmişəm ki, heç bir hissi büruzə vermək lazım deyil. Evə girirəm. Soldan birinci qapı qəbul
otağınındır. Mebel də, xalçalar da, divarlar da bir rəngdədir. Sonrakı yemək otağıdır. Bu otağın pəncərələri balaca həyətə açılır,
ordan bir neçə pilləkən düşüb bağa enmək olur.
Bu otaqda gördüyüm yeganə şey, sirdaşım, yemək vaxtı mənimlə üz-üzə duran, böyük güzgüdür. Hər dəfə başımı qaldıranda mənə deyirdilər:
"Güzgüdə özünə baxma!” Başımı aşağı salıb könülsüz-könülüsüz gövşəyirəm. "Ye!” deyi rlər. Sakitlik çökür. Dözülməz bir sakitlik,
yalnız qab qaşığın cingiltisi eşidilir. Əmimlə arvadı bir birilə danışmırlar. Onlara ər-arvad demək olmaz, ailə yaradıblar, uşaqsız bir ailə.
Bəli, bunlar bədbəxtlikdən doğan hisslər idi. Sonralar e’tiraz və
qəzəb hisslərim də baş qaldırdı, lakin özümə xoşbəxt həyat qurmağı qəti qərara almışdım

ARDI VAR
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər