Özəl:

Sirlər xəzinəsi (Strukturu)



Sirlər xəzinəsi (Strukturu)
Nizami Gəncəvi "Sirlər Xəzinəsi”ni yazarkən özünə qədər şərq ədəbiyyatında sabitləşmiş bir sıra ənənələri təkmilləşdirərək orijinal mövqedən çıxış etmişdir. Həmin cəhət birinci dəfə hind alimi Ə. A. Əhmədin diqqətini cəlb etmişdir. O, qeyd edir: "Xacə Nizami Gəncəvi qədim üslubu dəyişərək məsnəvi deməkdə yeni bir tərz ixtira edib, sözü bəzəmiş və birinci olaraq o, bu nazik, çətin yolla getməklə namünasib sözün sir-zibilini, xoşagəlməz, daş-kəsəkli və bəyənilməz qafiyələri bu yoldan təmizləyərək, şer mülkünü nizama salmışdır.” [13]

Nizami "Sirlər Xəzinəsi”ndə əsas mətləbə başlamazdan əvvəl tövhid, nət, merac, əsərin ithaf edildiyi şəxsə xitab, kitabın yazılması səbəbi və sonda xətmi-kitab, habelə hər bir nəzəri məqalətə aid yalnız bir didaktik hekayə vermək kimi formaları ədəbiyyata gətirməklə didaktik poema janrını forma cəhətdən təkmilləşdirmişdir. Fars dəri dilində Nizaminin "Sirlər Xəzinəsi”nə kimi əruz vəzninin səri bəhrində ayrı-ayrı beytlər olsa da, [14] böyük həcmli didaktik poemalarda bu bəhrdən istifadə edilməsi haqqında heç bir məlumat yoxdur. "Sirlər Xəzinəsi”ndən əvvəl yazılmış didaktik poemalar isə Əruzun Həzəc bəhrində yazılmışdır.

Nizaminin "Sirlər xəzinəsi”nin forma orijinallığı əsərin əsas hissəsindəki mütənasibliklə məhdudlaşaraq qalmır. Əsər eyni zamanda didaktik-əxlaqi mövzuda yaradılan orta əsr poemalarının giriş hissəsini sistemləşdirmək, təkmilləşdirmək işində də nümunə ola bilər. "Məxzən-ül-fəvaid”in yazdığına görə Nizamidən əvvəl didaktik mövzuda yazılmış əsərlər girişsiz olub birdən-birə əsərin əsas hissəsi ilə başlayırdı.[15] Hələ birinci dəfə Məcdud Sənai özünün "Hədiqət-ül-həqaiq”ində dini hisslər, kitabın ithaf edildiyi şəxsin mədhi, kitabın tərtibi haqqında fəsillər yaratmağa çalışıb, məsnəvi ilə yazılmış əxlaqi poemalar üçün yeni vahid bir forma tərtib etmək istəmişdir. Lakin Sənai buna qismən müvəffəq ola bilmişdir.[16] Sənainin poemasında tövhid, minacat, peyğəmbərin, imamların, əsərin ithaf olunduğu hökmdarın mədhi, söz, şer və saray şeri haqqında verilmiş hissələr dağınıq şəkildə öz ifadəsini tapmış, vahid bir qaydaya riayət edilməmişdir. Bu fəsillər "Hədiqət-ül-həqaiq”in əvvəli, ortası və sonunda səliqəsiz şəkildə verilmişdir. Nizami isə sələfinin bu nizamsızlığını qaydaya salıb, orta əsr poemalarının ondan sonra ənənəvi olan girişini formalaşdırmışdır.

loading...
Offline
  • Şərh №: 1
  • 2 iyun 2018 09:34
  • Xəbər sayı: 0
  • Şərh sayı: 1526
Cialis Usa Pharmacy cialis Health Pills Ship Overnight

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər