Özəl:

Xosrov və Şirin pomesı (Məzmunu)



Xosrov və Şirin pomesı (Məzmunu)
Hadisələr Xosrovun doğulması və təhsilinin təsviri ilə başlayır. Bundan sonra Xosrovun kəndçinin evində əylənməsi və atası tərəfindən bu hərəkətinə görə danlanması təsvir edilir. Xosrov üzr istəyir və tövbə edir. Şah IV Hörmüz oğlunu bağışlayır. Həmin gecə Xosrov yuxuda babası Ənuşirəvanı görür və Ənuşirəvan ona Şirin adlı arvad, Şəbdiz adlı at, Barbəd adlı musiqiçi və şahlıq haqqında xoş xəbər verir.

Xosrovun yaxın dostu olan rəssam Şapur, şahzadəyə Azərbaycan hökmdarı Məhinbanu və onun gözəllər gözəli qardaşı qızı Şirindən bəhs edir. Şapurun təsvirini eşidən Xosrov görüşmədən Azərbaycan şahzadəsi Şirinə vurulur. Şapur Şirini axtarmaq üçün Azərbaycana yola düşür. Şirini tapdıqdan sonra Şapur, Xosrovun şəklini ona göstərir. Şirin Xosrova vurulur və Şapura qoşularaq Azərbaycandan Sasanilərin paytaxtı Mədainə qaçır. Həmin dövrdə atasının qəzəbindən qorunmaq istəyən Xosrov da Azərbaycana qaçır və Şirini axtarmağa başlayır.

Yolda Xosrov, çayda saçlarını yuyan çılpaq Şirini görür; Şirin də onu görür; lakin, Xosrov kəndli paltarı geyindiyindən, onlar tanış olmurlar. Xosrov Azərbaycana çatır və Azərbaycan hökmdarı Məhinbanu ləqəbli Samira tərəfindən şahlara layiq tərzdə qarşılanır, həmçinin Şirinin Mədainə qaçdığını da öyrənir. Yenidən Şapur Şirini gətirmək üçün göndərilir. Şirin yenidən Ərmənzəminə çatdıqda, atasının ölümü səbəbiylə Xosrov Mədainə qayıtmalı olur. Xosrov Bəhram Çubin tərəfindən taxtdan devrildikdən sonra Azərbaycana qaçır.
Fərhadın çəkdiyi süd arxını Şirinə təqdim etməsi, təxm. 1610-cu illər, Moğol məktəbi, Britaniya muzeyi.

Azərbaycanda Xosrov nəhayət ki, Şirinlə görüşür. Lakin, Şirin Xosrova ərə getməyə razı olmur və ilk öncə taxtını geri qaytarmağı tələb edir. Bundan sonra Şirini Ərmənzəmində qoyan Xosrov Konstantinopola gedir. Bizans qeysəri, qızı Məryəmlə evlənəcəyi təqdirdə Bəhram Çubinə qarşı müharibədə Xosrova kömək edəcəyini bildirir. Həmçinin, Xosrov, Məryəmin sağ olduğu müddətdə başqa bir qadınla evlənməyəcəyinə də söz verməyə məcbur olur. Bundan sonra düşmənlərini məğlub edən Xosrov yenidən Sasani taxtını əldə edir. Qısqanc Məryəm, Xosrovu Şirindən ayrı salır.

Həmin dövrdə Şirinə aşiq olan Fərhad adlı heykəltəraş eşq meydanında Xosrova rəqib çıxır. Fərhadla bacara bilməyəcəyini anlayan Xosrov ona mümkün olmayan bir iş – Bisütun dağını yarıb yol çəkməyi tapşırır. Fərhad işi tamamladığı təqdirdə Xosrovun ona Şirinlə evlənməyə icazə verəcəyi ümidi ilə işə başlayır. Lakin, bir müddət sonra Xosrov Fərhadın yanına elçi göndərərək, Şirinin saxta ölüm xəbərini verir. Şirinin ölüm xəbərini eşidən Fərhad, özünü dağdan atır və ölür. Şirinə məktub yazan Xosrov, Fərhadın ölümünə görə başsağlığı verir. Bu hadisədən bir meddət sonra Məryəm də ölür və Şirin Xosrovun başsağlığı məktubuna başsağlığı məktubu ilə cavab verməli olur.

Bundan sonra, Xosrov Şirinlə nigahsız əlaqəyə girməyə cəhd etsə də, Şirin bundan qəti şəkildə imtina edir. Xosrov, Şapurun məsləhəti ilə İsfahana gedir və burada Şəkər adlı bir qadınla yaxınlıq edir. Lakin bir müddət sonra, Xosrov Şəkərdən bezir və Qəsri Şirinə yola düşərək Şirini görmək istəyir. Lakin, Xosrovun sərxoş olduğunu görən Şirin onu qalaya buraxmır. Şirin, Şəkərlə yaxınılığına görə Xosrovu məzəmmət edir. Xosrov üzgün halda öz sarayına qayıdır.

Bir müddət sonra, Şirin, Xosrova ərə getəyə razılaşır. Lakin bu zaman, Xosrovun Məryəmdən olan oğlu II Qubad da Şirinə aşiq olur. Evlilikdən sonra II Qubad atası Xosrov Pərvizi öldürür və Şirinə xəbər göndərir ki, bir həftə sonra onunla evlənməlidi. Şirin bir şərtlə razılaşır ki, Qubad Xosrov üçün layiqli dəfn mərasimi təşkil etsin. Qubad elə də edir, lakin dəfn zamanı, qubada ərə getməmək üçün Şirin, Xosrovun məzarı başında özünü öldürür. Xosrov və Şirin bir məzarda dəfn olunur.
loading...
Offline
  • Şərh №: 1
  • 2 iyun 2018 01:36
  • Xəbər sayı: 0
  • Şərh sayı: 1526
Prix Kamagra Doctissimo Order Propecia Online No Prescription generic cialis overnight delivery Buy The Blue Pill Pharmacy

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər