Özəl:

Pislik haqqinda aforizmlər



Pislik haqqinda aforizmlər
Hər kəs ( Rəbbinin hüzuruna ) yaxşı əməllə gəlsə, ona bundan ( əməlindən ) daha yaxşısı verilər. Hər kəs pis əməllə gəlsə, ( bilsin ki) pis əməllər edənlərə ancaq əməllərinin cəzası verilər! ( Cəzaları pislikləri qədər olar, onlara heç bir haqsızlıq edilməz. ( Qurani Kərim )
Pisliyin nə olduğunu bilməyən onun girdabına düşər. (Hz. İsa əleyhissalam )
Pis insanlarla yoldaşlıq etmə, sonra xəbərin olmadan sənin xasiyyətin onun xasiyyətindən pis şeylər oğurlayar. ( Platon: Qədim Yunan filosofu)
Pisliyi öyrənməyin yaş həddi yoxdur. ( Karl Lessinq: Alman boyakarı )
Pisliyin içinə çox asanlıqla girmək olur, lakin çıxmaq çox çətin olur. ( Naməlum )
Pisliyin sizə hakim kəsilməsinə imkan verməyin, əksinə siz özünüz pisliyi məhv etməyə çalışın. ( Napoleon Bonapart )
Etdiyin yaxşılığı üzə vurmaq pislik etmək deməkdir. ( Jan Batist Kolbert: Fransa dövlət xadimi )
Qorxu içində yaşamaq istəmirsənsə, pislik etmə. ( Alfred Kapus: Fransız yazıçısı )
Yaxşı o kəs deyil ki, yalnız pislik etməsin, o gərək heç pislik barədə düşünməsin də. ( Demokrit: Qədim Yunan filosofu )
Pisliyin azı-çoxu olmur - pislik elə pislikdir. ( Ezor: Qədim Yunan təmsilçisi )
Alovu alovla söndürmək mümkün olmadığı kimi, pisliyin də qarşısı pisliklə alına bilməz. ( Şarl Bolder: Fransız şairi )
Pislik tez-tez təntənə keçirir. Lakin heç vaxt qələbə çala bilmir. ( Jozef Ru: Fransız şairi )
Pislik qapısını aralamağa dəyməz; taybatay açılar. ( Cənab Şəhabəddin: Türk şairi )
Pis adam kömür kimidir - yandıtmasa da, qara yaxar. ( Anaxarsis: Qədim Yunan filosofu )
Ən xırda pislik pisliklərin ən pisidir. ( Mustafa Kamal Atatürk )
Pis hökm verməyə adət edən insanlar itirənə qədər ovuclarının içindəki yaxşının fərqində ola bilməzlər. ( Sofokl: Qədim Yunan dramaturqu )
Offline
  • Şərh №: 5
  • 19 mart 2017 14:31
  • Xəbər sayı: 0
  • Şərh sayı: 71
Pisliye yaxşılıqla cavab verirem utandırıram o pislik edeni
Offline
  • Şərh №: 4
  • 19 mart 2017 13:14
  • Xəbər sayı: 14
  • Şərh sayı: 122

Pislik tez-tez təntənə keçirir. Lakin heç vaxt qələbə çala bilmir. ( Jozef Ru: Fransız şairi
Coox duzgun bir cumledir..
Offline
  • Şərh №: 3
  • 5 mart 2017 11:49
  • Xəbər sayı: 0
  • Şərh sayı: 6
Alovu alovla söndürmək mümkün olmadığı kimi, pisliyin də qarşısı pisliklə alına bilməz. ( Şarl Bolder: Fransız şairi )
Offline
  • Şərh №: 2
  • 22 noyabr 2016 16:37
  • Xəbər sayı: 4
  • Şərh sayı: 157
Etdiyin yaxşılığı üzə vurmaq pislik etmək deməkdir. ( Jan Batist Kolbert: Fransa dövlət xadimi )

--------------------
Offline
  • Şərh №: 1
  • 28 sentyabr 2016 17:08
  • Xəbər sayı: 211
  • Şərh sayı: 1236
tesekkurleeerrrrrrrrr

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər