Özəl:

Hikmətli sözlər



Hikmətli sözlər
Əl qəlbdən gizli bir iş görməz.

Yaz Haqqın fərmanını gətirmədikcə torpaq sirrini aşkar etməz.

Dünyanı tamamilə qar örtsə, günəşin hərarəti bir baxışla onu əridər.

Elm hədsiz-hüdudsuz bir dənizdir. Elmi öyrənən isə dənizlərə dalan bir dalğıcdir.

Əgər kağız üzərində qəmli bir insan şəkli çəksən, o şəklin nə qəmlə, nə də sevinclə əlaqəsi yoxdur.

Dünyada nə ilə nəşələnir, sevinirsənsə, o zaman ondan ayrılığıda düşün.

Allah dostu yaz mövsümüdür, xalq isə payız mövsümü. Xalq gecəyə bənzər, Allah dostu aya.

Allahın ədaləti, Allahın lütfü bir gülün tikana səcdə etməsinə razı olarmı?

Kimi tanımaq istəyirsənsə, oturub-durduğu insana bax!

Günahlar vicdanları paslandırar.

Kimdə bir gözəllik varsa, bilsin ki o, borcudur.

Əgər gündüz kimi işiqlanmaq istəyirsənsə, gecə kimi qaranliq olan varliğini yox et.

Alçaq bir insana elm öyrətmək yol kəsən şəxsin əlinə qilinc vermək kimidir.

Dostun Allah olarsa, tutduğun yol nə gözəldir. Cəhənnəmi belə Cənnətə döndərər.

Qələmin su, kağizin küləkdirsə. nə yazirsan-yaz, qiyməti yoxdur.

Gözün bir anda gördüyünü dil yüz il söyləsə də, anlada bilməz.

Dünya quru bir istək və faydasiz bir oyuncaqdan ibarətdir. Biz də uşaqlariq.

Torpaqda bitən güllər solar gedər, qəlbdən bitən güllər isə daimidir.

İstəklər səbrlə hasil olur, tələsməklə yox. Səbr et.

Üzün rəngində qəlbin halindan bir nişanə vardir.

Özünü heçə saymasan, heçlikdən qurtulmazsan.

Su atəşdən üstündür. Lakin bir qaba girərsə, atəş o suyu qaynadib yox edər.

Eyni dildə danışanlar deyil, eyni duyğuları bölüşənlər razılığa gələr.

loading...
Offline
  • Şərh №: 1
  • 28 aprel 2016 12:14
  • Xəbər sayı: 198
  • Şərh sayı: 905
Maraqlidir....

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər