Özəl:

Xayalarda ağrılar: nə etməli



Xayalarda ağrılar: nə etməli
Bəli, kişilər üçün ən vacib orqanlardan biri olan xayaların ağrıması onlarda diskomfort yaradır. Bu ağrılar nədən baş verir və səbəbləri nədir?

Zədə

Əgər bir gün səhər şişmiş və ağrıyan xayanızla oyansanız, çox güman ki, xayanız zədələnib. Bu adətən aktiv həyat tərzi sürən kişilərdə olur. Misal üçün, futbol zamanı zədə ala bilərsiniz. Bir neçə gün istirahət edin, keçməlidir. Yox, androloqa mütləq müraciət edin.

Varikosel

Əgər siz günün əksər saatlarında ayaqüstə olursunuz isə. Bu zaman ağrılara səbəb damar genişlənməsi ola bilər. Ağrılı bir şeydi və bir çoxlarında gizli olur. Əsasən sol xayada baş verir və əgər müalicə olunmasa, xayanızı itirə bilərsiniz. Əgər bir nasazlıq hiss edirsiniz isə UZİyə getməyiniz məsləhətdir.

Epidimit

Əgər xayanız ağrıyırsa və zədə olmayıbsa, siz qeyri-adi bir şey hiss etmirsiniz isə, səbəb başqadır. Çox güman ki, sizin sperma kanallarınız soyuqdəymədən əziyyət çəkir. Çox yaxşı bir şey olmasa da, bir neçə günlük istirahətlə keçə bilir.

Dəbəlik (qrıja)

Şiş hissi, xüsusən də ayaqüstə. Belə dəbəliklər olduqca həssas ola bilirlər. Cərrahiyə əməliyyatı tələb olunur, bəzən isə təcili.

Parotit (svinka)

Bu virus xəstəliyi əsasən ağırlaşma olmadan keçir. Qulaqdibi vəzilərin şişməsi ilə müşahidə olunan bu xəstəlik, əsasən nəticəsiz keçir. Lakin böyük kişilərdə xayaları yoluxdurur. Ən yaxşısı vaxtında peyvənd olmaqdır.

Sperma kanatının dolaşması

Xayanın şişməsi və ağrımasının bir digər səbəbi. Xayanı saxlayan kanat dolanır və qan dövranı pozulur. Vaxtında həkimə müraciət edilməsə qanqrena ola bilər.

«Göy» xayalar

Uzun müddət seks yaşamayan kişilərdə olur. Xayalarda qalmış qan ağrı verir.

Böyrəkdə daş

Böyrəklərdəki daş sidik kanalı ilə azad olduğu üçün, xayalarınıza da ağrı verə bilər. Bu ağrı daş azad olduqdan sonra kəsilir.

Xayaların xərçəngi

Bu bədxassəli xəstəliyə əsasən 20-35 yaş arası kişilər tutulur. Adətən ilk mərhələlərdə ağrı hiss olunmur. Beləki, əgər ağrısız şiş olduğunu aşkar etmisiniz isə, həkimə müraciət edin.

Offline
  • Şərh №: 1
  • 17 iyun 2015 21:18
  • Xəbər sayı: 0
  • Şərh sayı: 73
Bele problemi vardi yoldawim emeliyyat oldu.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər