Özəl:

Partenofiliya – bakirə qızlara meyllilik



Partenofiliya – bakirə qızlara meyllilik
Bu termin kifayət qədər yeni tətbiq edilir. "Virgin” kitabının müəllifi yazır ki, "bizdə bu hal o qədər normal, məqbul, ideoloji cəhətdən düzgün sayılır ki, insanlar göstərilən meyliliyi pozuntu kimi qəbul etmirlər”.

Bəzi mütəxəssislər bu termini yeniyetməlik dövründə olan qızlara meyl kimi təsvir edir. Beləcə, onlar bu halı nimfofiliyadan fərqləndirirlər. Geniş yayılmış papulistik və bulvar ədəbiyyatında bu terminin hər iki anlamını qarışdırırlar. Məsələn: Zbiqnev Lev-Staroviç partenofiliyanı (bakirələrə qarşı seksual meyl) pedofiliyanın bir növü kimi qeyd edir.

Bu hal ən çox kişilərdə rast gəlinir. Hesab edilir ki, bu halın əsasında kişilərin seksual təcrübəsi olmuş qadınlara öz seksual qabiliyyətlərini bəyəndirməmək qorxusu, qadının təcrübəsizliyindən həzz alma və qadın üçün bir növ müəllim rolunda olma istəyi olur. Bəzi yaşlı şəxslərdə partenofiliya cinsi zəifliyin meydana gəlməsi ilə yarana bilər. Cavanlarda isə psixoseksual inkişafın gecikməsi və cinsi münasibətlərin yeniyetmə yaşına uyğun qalması ola bilər.

Partenofiliyaya meylli insanlar bir çox halda iş yeri olaraq gənc qızlardan ibarət kollektivləri seçirlər. Onlar öz cinsi tələbatlarını ödəmək üçün rahat obyektlər tapırlar. Əsasən məşqçi, müəllim, tərbiyəçi və incəsənətin hər hansı sahəsi üzrə bədii rəhbər vəzifələrini seçirlər. Beləcə, onlar nişanladıqları "hədəf” üçün dərs vaxtından əlavə dərslər keçməyə, ona daha çox diqqət ayırmağa başlayırlar. Bu da yeniyetmə şəxsiyyətində ona qarşı xüsusi məhəbbət yaradır. "Tərbiyəvi nəsihətlər” fikri altında qızla cinsi əlaqə barədə geniş söhbətlər aparır, pornoqrafiya, erotika ilə bağlı ədəbiyyat və filmlərlə təchiz edirlər. Bir çox hallarda bu məzmunlu ədəbiyyat və ya filmdən qurbanı daha rahat addım atmağa cəsarətləndirmək üçün istifadə edilir.

Psixologiya və Konsultasiya Mərkəzinin psixoterapevti Denis Rzayev
Offline
  • Şərh №: 1
  • 16 iyun 2015 19:33
  • Xəbər sayı: 0
  • Şərh sayı: 73
Ahh kiwiler kiwiler siz neler istemirsiz ki

Ahh kiwiler kiwiler siz neler istemirsiz ki

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər