Özəl:

Kişilərin qadınlardan eşitmək istədikləri 6 cümlə



Kişilərin qadınlardan eşitmək istədikləri 6 cümlə
Sadəcə, qadınların gözəl sözlər eşitməyə ehtiyac duyduqlarını  zənn edirsinizsə, deməli kişi psixologiyasından xəbəriniz yoxdur. Çünki psixoloqlar bildirirlər ki, kişilər də ən az qadınlar qədər gözəl sözlər eşitmək, sevildiklərindən əmin olmaq istəyirlər.

Bəs kişilərin ürəyini fəth etmək üçün onlarla necə danışmaq lazımdır?
"Çox yaraşıqlısan"
Kişilər eqolarının təmin edilməsini xoşlayırlar. "Çox yaraşıqlısan" və ya  "Bu gün çox xarizmatik görünürsən” kimi cümlələr onları xoşbəxt etməklə qalmır, özlərini daha  yaxşı hiss etməklərinə səbəb olur.

"Sənə çox güvənirəm"
İnam və güvən uzunmüddətli münasibətlərin qızıl açarıdır. Ona görə partnyorunuza  güvəndiyinizi tez-tez xatırladın. Riskli qərarlar alsa belə, ona dəstək olun.

"Əzələlərin necə də möhkəmdir"
Sevgiliniz və ya həyat yoldaşınız idmanla məşğul olursa, onun əzələlərinin gücləndiyini deyin. Bu, kişilərin ən çox sevdiyi tərifdir.

"Səni sevirəm"
Bəziləri elə bilir ki, bu cümləni duymaq qadınların ən böyük arzusudur. Ancaq keçirilən sorğuların nəticələri sübut edib ki, kişilər də qadınlar kimi həqiqətən sevildiklərini bilmək istəyirlər. Əks halda münasibətə ciddi yanaşmırlar.

"Yataqda möhtəşəmsən”
Kişilər sevişdikdən sonra yataq performansları haqqında tərif eşitməyi çox xoşlayırlar. Bunu pıçıltı ilə desəniz, partnyorunuzun ağlı başından gedəcək.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər