Özəl:

6 ən yaxşı kürək məşqi



6 ən yaxşı kürək məşqi
Bu klassika olsa da, yalnız belə kürək əzələlərinizi inkişaf etdirə bilərsiniz. Kürək əzələləri nə qədər güclü olsa, çiyin oynaqlarının işi bir o qədər stabil olacaqdır. Güclü çiyinlər isə yuxarı qrup əzələlərinə işlməyi asanlaşdırır.

Kürəyə işləyərək qollarınızı da böyüdə bilərsiniz. Beləki, kürək mşqlərinin əksəriyyətində bitseps və trisepslər iştirak edir.

Dartınma
Dartınma – kürəyin enli əzələləri üçün №1 məşqdir. Üstəlik çiyin əzələlərini də genişləndirir. Enli əzələləri formada olan kişi, hətta kök olsa belə normal görsənir. Dartınan zaman çalışın sinəniz dəmirə dəysin.

 


Turnikdə zəifsiniz isə
Turnikdə sıfırdan dartınmaq elə də asan iş deyil. Məsləhət bilirik ki, daha asan məşqlərdən başlayasınız. Məşqlərdən biri şəkildə verilmişdir:

 


Məşq zamanı tələsməyin, bütün əzələlərini hiss eləməyə çalışın. Norma olaraq 3-4 yanaşma 8-12 təkrar qəbul olunur. Çalışın daha geniş tutuşla məşq edəsiniz.

Yerdən qaldırma
Kürəyi inkişaf elətdirmək üçün əla məşqdir. Əsas onurğa daim düz qalmalıdır. Oturan zaman dizlərinizi qırmağı unutmayın ki, ayaq əzələləriniz də işləmiş olsun.

 


Trapeslər üçün
Növbəti məşq trapeslərə, deltaoid v rombobənzər əzələlərə əlavə yük verir:

 


Daxildən tutuşa diqqət yetirin. Ştanqanı sinəyə qaldırın, çənəaltına yox. Bu məşq daha çox sükan arxasında və ofisdə oturaq iş rejiminə malik olan şəxslərə məsləhətdir.

Ştanqa ilə çöməlmək

 


Ştanqa sinənin üstündə olduğundan yuxarı kürək əzələləriniz işləyəcək. Bud nahiyəniz yerlə paralel olana qədər çöməlin.

Kürəyin yuxarısı üçün

 


Vacibdir ki, pik nöqtəsində 3 saniyə gözləyəsiniz. Belə çiyin əzələləri də işləmiş olacaq.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər