Özəl:

Kişiləri öz həmcinslərinə qarşı qəzəbli edən hərəkətlər



Kişiləri öz həmcinslərinə qarşı qəzəbli edən hərəkətlər
Qadınların bir-birilərinə münasibəti əbədi rəqabətdir, amma kişilər bir-biri ilə həmişəlik dost və qardaşdırlar". Cinslərin qarşılıqlı münasibətləri haqqında dünyada məhz belə stereotip formalaşıb. Amma bəlkə də heç kim güclü cinsin nümayəndələrindən öz yoldaşlarına necə yanaşmasını soruşmayıb.

Den.az xəbər verir ki, Trend xarici mətbuata istinadən kişiləri öz həmcinslərinin qəzəbləndirə biləcək hərəkətləri açıqlayır:

- Kişiləri ilk növbədə ictimai tualetdən, hamamdan səliqəli istifadə etməyən həmcinsləri qəzəbləndirir. Onlar hesab edirlər ki, onların həmcinsləri ilk növbədə ictimai tualetdən, hamamdan, düzgün, səliqəli istifadə etməlidirlər.

- Güclü cinsin nümayəndələri bu fikirdədirlər ki, kişilərin istifadə etdiyi ictimai yerlərdən daim iy gəlir. Buna görə də kişilər tualetə getməzdən əvvəl uşaqlıqda onları nəyə öyrətdiklərini yada salmalıdırlar. Əgər bu yerlərdə nəyisə düzgün etməyiblərsə, oranı səliqəyə salmalıdırlar.

- Kişilər "artıq” içməyə adət edən və səbəbsiz yerə dava salan "ağıllı kişi”ləri sevmirlər. Kişilərin fikrincə, belə xarakteri olan kişi spirtli içki qəbul etməli deyil. Eyni məsələ qısqanclığa da aiddir. "Heç də bütün kişilər sənin qadınını istəmirlər, sakitləş. Onların belə emosiyalarının olması və qadınları müşayiət etməsi olduqca yazıq hərəkət kimi görünür”, - deyə kişilər hesab edirlər.

- Kişilər daim nikahdan şikayətlənən və öz arvadını söyən kişilərə antipatiyalarını gizlətmirlər. "Onlar elə görünüş alırlar ki, guya nikaha nifrət etmək normal haldır". Kişilər belə həmcinsləri haqqında "Mən evliyəm, lənət şeytana” deyən kişilərdən soruşurlar ki, elə isə niyə öz xoşlamadıqları qadınla evləniblər? Əgər onların münasibətləri normal deyilsə, onlar ya ayrılmalı, ya da bu münasibətləri düzəltməlidirlər. Onun barədə hamıya danışmaq isə lazım deyil.

- Kişilər hesab edirlər ki, qadınlarla əlaqə qura bilməyən kişilər bunu etməli deyillər. Onlar bu fikirdədirlər ki, tanışlığın əvvəlində qıza başqa kişilərin reputasiyasını aşağı salan sözlər demək lazım deyil: "Qızın beynini bununla doldurmaq lazim deyil ki, sən başqa kişilər kimi deyilsən. Çünki əgər sən belə deyirsənsə, demək, sən məhz elə onlar kimisən”.

- Kişilər həm də qadınların görünüşünə irad tutan, amma özləri çox eybəcər olan kişilərə də qəti dözə bilmirlər.

- Kişilərin xarakterində olmayan sonuncu tədbirlərə əl atan kişilər öz həmcinsləri üçün xoşagəlməz sayılır. Kişilər bildiriblər ki, otaqda özünün üstünlüyünü göstərmək üçün lüt gəzən kişilər onları qıcıqlandırır. Eyni zamanda, evdə heç bir iş görə bilməməsi ilə qürrələnən kişilər də bəzi kişiləri əsəbləşdirir.

- Bəzi həmcinslərinin ifrat əzələ böyütmək cəhdləri də kişiləri qıcıqlandırır.

- Kişilər həqiqətən də onları narahat edən məsələləri birlikdə ciddi müzakirə edə bilmirlər. Onlar hesab edirlər ki, bütün gün ərzində emosiyaları özündə saxlamaq düzgün deyil.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər