Özəl:

Kişilər belə qadınları sevmir - oxuyun



Kişilər belə qadınları sevmir - oxuyun
Bir neçə qadın tipləri vardır ki, kişilər onlarla ciddi münasibət qurmaqdan çəkinirlər. Onlar hansı qadınlardır?

Güclü qadınlar
Birincisi, bu, güclü qadınlara aiddir. Kişilər münasibətdə olduqları qadının güclü xarakterə malik olmasını, onlardan üstün olmalarını heç vaxt həzm edə bilmir. Çünki qadınlara cüzi bir ey üstündə qadağa tətbbiq etmək kişilərin ən sevdiyi məşğuliyyətdir. Amma bu qadağaları qəbul etməyən, təbiətcə kişilərdən daha güclü xarakterə malik olan, öz ayaqları üstündə ayaqda durmağı bacaran qadınlar az deyildir. Güclü qadın kişi təbiətinə zidd xarakterdir. Kişilər güclü qadınların yanında özlərini dəyərsiz hiss edirlər. Bunu özlərinə sığışdıra bilmirlər. Qadınları zərif və zəif məxluq hesab etmək onlar üçün heçnədir.

Özünü uşaq kimi aparan qadınlar
Kişilərin daha bir sevmədiyi qadın tipi özünü uşaq kimi aparan qadınlardır. Bu cür qadınlar kaprislik edir, uşaq kimi hərəkət edirlər. Onlar düşünür ki, kişilər onları əzizləməyə və hər kaprislərinə dözməyə məcburdur.

Özünü həddən artıq gözəl hesab edən qadınlar
Özlərini həddən artıq baxımlı və gözəl hesab edən qadınlar kişiləri bəzən bezdirə bilir. Qadının gözəlliyi kişinin bəzəyidir. Belə xanımlar fikirləşir ki, kişilər ağıllı olmalıdır. Amma bir münasibət üçün qadının gözəlliyi kifayət qədər bəs edir. Amma kosmetikadan başqa heç nə ilə maraqlanmayan qadınlarla kişilər ciddi mövzuda danışmaqdan çəkinirlər.

Tez özündən çıxan qadınlar
Mütəmadi olaraq qışqıran, cüzi məsələlərə görə tez özündən çıxan axanımlar da kişilərin nifrət etdiyi qadın tipidir. Bu vəziyyət onların xoşuna gəlmir, belə bir partnyorları olduğu üçün hətta utanırlar. Əsəbi və daima hər şeydən narazılıq edən bir sevgilisi olan kişi bilir ki, belə davam etsə gec və ya tez onların münasibəti bitəcək.

Qadınların göz yaşları
Kişilərin qadınlarda sevmədiyi bir xüsusiyyət qadınların göz yaşlarıdır. Psixoloqlar bildirir ki, qadınlar çətin vəziyyətə düşən kimi çıxış yolunu ağlamaqda görürlər. Heç bir kişi xanımının emosional şantajını, yəni göz yaşlarını sevmir. Bunu vəziyyətdən çıxış yolu hesab edirlər.

Pula görə onlarla sevişən qadınlar
Kişilər pula görə onlarla yaxınlıq edən qadınları xoşlamır. Onlar üçün bu münasibəti o andaca bitirmək heç nədir. Bir kişi sevgilisinin onun yalnız puluna görə birlikdə olduğunu hiss etsə bu, yaxşı nəticələr verməyə bilər.

Həyasız qadınlar
Heç bir kişi həyasız, hər vəziyyətə xoşagəlməz şəkildə bağıraraq reaksiya verən qadınla ailə qurmaq istəmir. Qadın zərifliyi kişilərin onları sevməsi üçün əsas amildir. Həyasız bir sevgilisi, həyat yoldaşı, partnyoru olan bir kişi onu kiminləsə tanış etməkdən çəkinir. Çünki belə qadınların xasiyyətinə, reaksiyasına bələd olmaq o qədər də asan deyil.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər