Özəl:

Kişi gücünü artıran otlar



Kişi gücünü artıran otlar
Bu bitkilər arasında:
- Ginko biloba
Bu bitki orqanizmdə qan dövranını yaxşılaşdırmaq və qanı oksigenlə zənginləşdirmək xüsusiyyətlərə malikdir.
Araşdırmalar göstərib ki, ginko biloba bitkisinin tinkturasını qəbul edən kişilərin əksər hissəsində potensiyanın (kişi gücü) göstəriciləri yaxşılaşır.
- Jenşen
Jenşen insanda enerjinin artmasına, fizki gücün bərpasına kömək edir. Bu bitki qədim zamanlardan potensiyanı artıran vasitə kimi tanınır və istifadə olunur.
- Yemişan
Ürəyin fəaliyyətini yaxşılaşdıran bitki kimi tanınan yemişan həmçinin kişi gücünü də artırır.
- Kərəviz
Mütəxəssislərin fikirinə görə, bu göyərti kişilərdə potensiyanı artırır, prostatitin inkişafından qoruyur. Cinsi sağlamlığında problemləri olan kişilər hər gün 1 stəkan kərəviz şirəsini içməlidir. Şirə hazırlamaq üçün bitkinin qalın gövdələri və yarpaqları istifadə olunur.
- Darçın
Darçın qədim zamanlardan kişi gücünü artıran vasitə kimi tanınır. Potensiyanın zəiflənməsi zamanı müalicə ilə yanaşı ballı-darçınlı suyu da istifadə etmək olar.
- Çaytikanı
Bu multivitamin bitki insanın bir çox orqan və sistemləri üçün (o cümlədən, cinsiyət sistemi üçün) faydalıdır. Çaytikanı potensiyanı yaxşılaşdıran təbii preparatların tərkibində tez-tez daxil edilir.
- Zəfəran
Zəfəran da qədim zamanlardan potensiyanı artıran xalq təbabəti vasitə kimi istifadə olunur. Cinsi zəifliyi, kişi sonsuzluğu zamanı zəfəran dəmləməsi əlavə müalicəvi vasitə kimi istifadə oluna bilər. Təbii zəfəranın 2-3 tükcüyü 50 qr qaynar suda 20 dəqiqə ərzində dəmlənilir və hər gün içilir.
- Kəklikotu
Prostatit və potensiya problemləri zamanı çox yaxşı təsir göstərir. 1 ç.q. kəklikotu 1 stəkan qaynar suda dəmlənilir, soyudulur, süzülür və gün ərzində 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla qəbul olunur.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər