Özəl:

Qarın əzələnizi yeyərək yığın



Qarın əzələnizi yeyərək yığın
Qarın əzələsinin 30%-i məşq, 70%-i isə pəhrizlə təmin edilir, yəni qarın əzələsi idman salonunda deyil, mətbəxdə yığılır. Buna görə də mükəmməl qarın əzələlərinə sahib olmaq üçün məşqlə yanaşı doğru bəslənmək də çox əhəmiyyətlidir.

Mükəmməl qarın üçün bunları edin:  

1. Enerjinizi nizamlamağı öyrənin, yəni nə qədər kalori aldığınızı və yandırdığınızı müqayisə edin.

2. Yemək arası vaxta diqqət edin, ən əhəmiyyətlisi yemək paylarınıza nəzarət edin. Gündə 5-6 dəfə, lakin az miqdarda yeyin. Bununla həm daha az kalori alar, həm də davamlı doyma hissi yaşayarsınız.

3. Yağlanmanı artıran fast food, tam yağlı süd məhsulları, qızartma, sadə karbohidrat və qlisemik indeksi yüksək olan spirtli içkilər, plov, makaron, xəmir xörəklərindən uzaq durun.

4. Qarın əzələsi üçün düzgün qida seçin. Boşqabınız enerji verəcək gerçək qidalarla dolu olsun. Məsələn, lif tərkibi yüksək olan tərəvəz, paxlalı bitkilər, qlisemik indeksi aşağı olan meyvələr, tam taxıllar, az yağlı süd məhsulları, yağsız ətlər və s. Bu yeməklər yüksək qida dəyərlərinə sahib olmaları ilə yanaşı, yağlı hazır qidalara nisbətən daha az kalori ehtiva edirlər.

5. Doğru yağları seçin. Başda zeytun və zeytun yağı, fındıq, badam yağı kimi doymamış yağlar olmaqla, tərkibində düzgün yağlar olan yeməklərlə qidalanın. Qatı yağlar yerinə qoz, fındıq, badam, avokado, kətan toxumu, susam kimi qidalardan hazırlanan yağlara üstünlük verin. Trans yağ tərkibli işlənmiş qidalardan (şirniyyat dükanlarındakı məhsullar kimi) uzaq durun.

6. Sadədən mürəkkəbə keçid edin. Aldığınız karbohidratların tam taxıllı qidalardan, paxlalılar, meyvə və tərəvəzlərdən olmasına diqqət göstərin. Beləcə, onların tərkibindəki liflər həm həzm sisteminə kömək olub qarındakı köpü azaldacaq, həm də uzun müddət tox qalmanızı təmin edəcək.

7. Məşqdən sonrakı yemək payınızda kifayət qədər zülal qəbul edin. Maddələr mübadiləsinin sürətli işini təmin edən əzələləri qoruya bilmək, yağ itirmək və əzələ fəaliyyətini artırmaq üçün zülala ehtiyac var. Hinduşka, toyuq, balıq, qırmızı ət kimi yağsız zülallara üstünlük verin.

8. Qarın bölgənizdə daha az yağ hüceyrəsi istəyirsinizsə, kifayət qədər kalsium qəbul etməyi unutmayın. Kalsium yağları parçalayacaq, yağ hüceyrələrini azaldacaq və belinizin incəlməsinə kömək edəcək gücə malikdir. Süd içməkdən, qatıq, pendir yeməkdən imtina etməyin. Lakin kalorinizə nəzarət etmək üçün onların az yağlı olanlarına fikir verin.

9. Doğru içkilərlə tanış olun. Gündə 3-4 fincan yaşıl çay içməyiniz qarın bölgəsindəki yağlanmanın azalmasına təsir edəcək. Qarın əzələsi məşqlərindən sonra içəcəyiniz yağsız süd, zülal-proteinlər və Hindistan qozu suyu qarın əzələlərinin daha sürətlə formaya düşməsinə kömək olacaq.

10. Düz qarına sahib olmaq xəyal deyil. Bununla üçün qidalanmanızda badam, yaşıl mərcimək, ispanaq, yulaf, yumurta, hinduşka, qızıl balıq, fıstıq əzməsi, zeytun yağı, avokado, moruq, böyürtkən kimi qidalara mütləq yer verin.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər