Özəl:

Mesaja cavab vermə müddətinə görə 10 kişi tipi



Mesaja cavab vermə müddətinə görə 10 kişi tipi
Mesajlar həyatımızın ayrılmaz bir parçasıdır. Hamımız yazdığımız mesajlara tez cavab verilməsini istəyirik, xüsusilə sevdiyimiz kişidən. Və göndərdiyimiz mesajlara cavab gözləməklə ömrümüzün yarısını keçiririk.

1. Cavabı siz mesaj göndərmədən verən həddindən artıq ideal kişi.
Bu tip kişi beşdəqiqə sonra göndərməyi düşündüyünüz mesajın cavabını siz yorulmayın deyəsizin yerinizədüşünüb, analiz edib cavabını verən, həddindən artıq yaxşı ürəkli, anlayışlı kişidir.

2. Göndərdiyiniz mesajı gördükdən sonra 2 dəqiqə içində cavab verən yaxşı kişi.
Bu tip kişilər həmin an nə işlə məşğul olursa olsun fövqəladə hal elan edib, mesajınıza dərhal şirin bir cavab axtarışına başlayarlar.

3. "Sevgilim işsizdir” düşünməsin deyə 5 dəqiqə gözləyib sonra cavab verən taktika ustası kişi.
Mesajı görər, amma tez cavab versə "işsiz” damğası yeyərəm narahatlığı ilə zamanla oynayar. Taktika ustasıdır, işinin əhlidir. Sevimli kişi modelidir.

4. Mesajı görüncə cavab üçün məsləhətləşib 10 dəqiqədə cavab verən kişi.
Belə kişi tipi mətbuat şərhi hazırlayan baş nazir kimi düşünər, yoldaşları ilə məsləhətləşər. On dəqiqə içində də yaxşı qurulmuş, məktəb imlası yazmış kimi səhvsiz bir mesaj göndərər.

5. Sizin onun mesajınıza cavab vermə müddətinə uyğun şəkildə cavab yazan kinli kişi.
Belə tip kişi çox kinlidi. Bir şey deməz amma yığar, yığar və ən sonunda özünə hakim ola bilməyib "onun mesajına cavab verdiyiniz müddət” qədər sizi gözlədib sonra cavab verər.

6. Mesajı saniyəsində görməsinə baxmayaraq özünü görməməzliyə vurub yarım saat sonra cavab verən kişi.
Belə tip kişi, indi cavab versəm bir cavab daha gələcək, ona cavab versəm bir cavab daha gələcək, "boş ver” deyə düşünən rahat kişidir.

7. Gələn mesajı bir saat sonra görüb "indicə gördüm” deyə yalan atmağı sevən kişi.
Belə tip kişilər çox da güvənli sayılmırlar. Amma pis niyyətli deyillər. "İndicə gördüm” sindromlu kişi modelləridir.

8. Bir neçə saat sonra mesaja cavab yazdığı üçün şübhəli mövqeyə düşən kişi.
Həqiqətən şübhəlidir.

9. Mesajınıza bir həftə sonra cavab verən kişi.
Bir həftə və ya daha çox müddətdə cavab verər, çünki daha əhəmiyyətli problemləri var. Həyat asan deyil, enişli-yoxuşludu. Əmin olun çox əhəmiyyətli problemləri var, danlamayın onu!

10. Mesaja cavab verməyən kişi.
Mesaja cavab verməz, çünki daha əvvəl də mesajınıza heç cavab verməmişdi. Söyləyəcək bir sözü varsa sizi axtarar. "Uzun uzun mesajlara gərək varmı? Metroda mesajlaşarkən telefona gülüb insanlar arasında diqqət çəkməyə gərək varmı? Mesaj üçün bu qədər pul xərcləməyə gərək varmı? - deyə düşünər.

Offline
  • Şərh №: 1
  • 4 yanvar 2016 12:49
  • Xəbər sayı: 211
  • Şərh sayı: 1240
menimki bir az birinciden bir azda ikincidendir

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər