Özəl:

Kişilərin nəzərinə! Potensiyanı artıran qidalar



Kişilərin nəzərinə! Potensiyanı artıran qidalar
Qidalanma insan sağlamlığında çox önəmli rol oynayır.
Uzun müddət ərzində orqanizm üçün vacib olan maddələri almayan insanın sağlamlığında müxtəlif pozulmalar yaranır. İnsanın cinsiyyət sistemi çox həssasdır. Düzgün olmayan qidalanma, xroniki stress, infeksiyalar və s. mənfi amillər cinsiyyət sisteminə güclü zərbə vurur.

Daim çox yağlı, kalorili qidaları qəbul edən kişilərdə potensiya problemləri yaranır. Əksinə isə sağlam tamdəyərli qidalanma kişi sağlamlığına və potensiyaya müsbət təsir edir.
Kişi orqanizmi üçün ən vacib vitamin və minerallar bunlardır: A, B1, B3, B6, B9, C, E, D, sink, selen, maqnezium və kalsium.
Bu maddələri adi qidalardan almaq mümkündür.
Kişi sağlamlığını və potensiyanı yaxşılaşdıran qidalar:
- Qoz, fındıq, badam, keşyu, araxis və s. Belə hesab olunur ki, araxis xüsusilə faydalıdır.
- Tərəvəzlər: kök, balqabaq, turp, soğan, kələm.
- Meyvələr: bütün sitrus meyvələri (limon, portağal, qreypfrut və s.), qara qarağat, əncir, nar, çiyələk.
- Göy-göyərti: cəfəri, keşniş, ispanaq, kərəviz.
- Ədviyyatlar: nanə, cirə, zirə, qara istiot.
- Balqabaq və günəbaxan tumları.
- Toyuq və bildirçin yumurtası.
- Ət, qara ciyər, hind quşu əti.
- Pendir, kəsmik, xama.
- Qızılbalıq, treska və treskanın qara ciyəri, krevet, krab, dəniz yosunları.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər