Özəl:

Yatağa çılpaq girirsә



Yatağa çılpaq girirsә
Partnerinizin әsl şәxsiyyәtinin yatış formasında gizlәndiyini bilirsizmi? Onu zövqlәrindәn tanımağa
çalışmaq yerinә, gecә yatış formasını kәşf edin. Bir kişinin yatış formasında vә yuxusunda etdiyi
hәrәkәtlәr onun şәxsiyyәti haqqında mühüm mәlumatlar verә bilәr.
Dağ qurursa: Yastıqları üst­üstә qoyub möhkәm sarılan vә örtüyünü burnunun üstünә qәdәr çәkәrәk yatan bir
kişi gizli batil inancları olan, tez hәyәcanlanan, yanlış fikirli vә gәlәcәklә bağlı qorxuları olan bir xarakterә
malikdir. Çәtin anlarında onun yanında olduğunu hiss etdirmәniz, qorxularını paylaşmanız vә onu qurduğu
fәlakәt ssenarilәrindәn uzaqlaşdırıb gerçәk hәyata döndәrmәniz bu kişini sizә daha çox bağlayacaq.
Ünsiyyәtdәn qaçırsa: Onu qucaqlamaq bir kәnara, hәtta barmaq uclarınızla bәdәninә belә, dәyәndә yata
bilmirsә, yatanda yatağın o biri küncünә doğru sıxışırsa, sizә arxasını çevirirsә, bunlar sizi sevmәdiyi anlamına
gәlmir. Onun sadәcә azad olduğunu bilmәyә ehtiyacı var. Bu azadlığını sevәn kişiyә zövqlәri vә hobbilәri üçün
bir az daha çox yer vә vaxt verin. Unutmayın, sizә qarşı şәfqәt vә sevgi dolu yanaşması üçün özünü qәfәsdә hiss
etmәmәlidir.
Möhkәm qucaqlayırsa: Sizi möhkәm qucaqlamadan yuxuya gedә bilmir? Romantik sәslәnir. Ancaq uzun
müddәtdir evli olduğunuz halda hәlә dә sizi möhkәm qucaqlayaraq yatması üzәrinizdә hökmranlığı әlә
keçirmәk istәmәsi vә yalnız ona aid olduğunuzu düşündüyü anlamına gәlә bilәr. Onun bir dәnәsi olmaq
xoşunuza gәlsә dә, azadlığınızı tam ona qurban vermәyin.
Gah sağa, gah sola dönürsә: Yatağı müharibә zonasına çevirәn, yerindә sakit durmayan kişilәr әslindә son
dәrәcә sakit, hüzurlu, sәssiz tiplәrdir. Enerjilәrini gecәyә saxlayar, bütün hüzursuzluqlarını yuxuya tәslim
edәrlәr. Yatağa girәrkәn qorxu vә narahtlıqlarını da bәrabәr gәtirәrlәr. Әgәr yatarkәn dörd dönürsә, gecәnin bir
yarısı onu oyandırmaq yerinә, axşam yemәyindә günün necә keçdiyini, canını sıxan bir şeylәrin olub olmadığını
soruşun, sizinlә dәrdlәşmәsi üçün onu cәsarәtlәndirin.
Yatağa çılpaq girirsә: Qışın әn soyuq günlәrindә belә, yatağa çılpaq girәn kişi bunu şüuraltı azadlıq vә
kişiliyinin bir әlamәti hesab edir. Özü vә hәyatı olduğu kimi qәbul edir. Tәk qüsuru özünü çox bәyәnmәsidir.
Dünyanın ancaq onun әtrafında dönmәdiyini anlaması üçün onu çox әzizlәmәyin vә bәdәnindә aşkarladığınız
qüsurları ara bir üzünә demәkdәn utanmayın.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər