Özəl:

Niyə kişilər özlərindən yaşca böyük qadınlara meyl edir?



Niyə kişilər özlərindən yaşca böyük qadınlara meyl edir?
Həqiqətən də, görəsən, nədir bunun səbəbi?
Çox sadədir. Məsələn, 40 yaşlı qadın heç vaxt sənə gecənin bir aləmində "Nə haqda düşünürsən?” sualını verməyəcək. Onun üçün bu maraqsızdır. Siz idman verilişinə baxanda 40 yaşlı qadın yanınızda oturub sızıldamayacaq. O, özü üçün daha maraqlı işlə məşğul olmağa gedəcək. 40 yaşlı qadın özünü kifayət qədər tanıyır, kimdən nə istədiyini bilir. Ona sənin yaşın və ya maraqların çox da əhəmiyyətli deyil.

40 yaşlı qadınlar izzəti-nəfsə malikdirlər. Onlar çox nadir hallarda səni operaya və şam yeməyinə sürüyüb aparar. Əlbəttə, sənin səhvin olsa, o səni sakitcə güllə ilə vuracaq.

40 yaşlı qadınlar özlərinə güvənirlər. Səni rəfiqələri ilə tanış edəcək qədər. Nisbətən yaşı az olanlar sənin onun rəfiqələrinə meyl edəcəyini düşünsə də, 40 yaşı olan qadın özündən əmin olur.

40 yaşlı qadınlar al qırmızı pomadada əla görünür. Və sən onun 40 yaşına görə, seksual olduğunu düşünüb desən, onda daha çox seviləcəksən. 40 yaşlı qadınlar açıq, dürüst və konkretdirlər. Onlar sənə nə varsa, hər şeyi deyəcəklər. Pisi, yaxşını və s. Yəni sən heç vaxt onun sənə aid olub-olmadığını yoxlamaq üçün fala baxmalı olmayacaqsan.

Ona görə də bəli, bu səbəblər o qadınlara heyran olmağa zəmin yaradır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər