Özəl:

Hüt-hüt quşu haqqında



Hüt-hüt quşu haqqında
Avropa, Afrika, Madaqaskar və Asiyadan Yaponiyaya qədər olan bölgələrin park, bağ və açıq ərazilərində yaşayırlar. 28-30 sm boyunda, incə iti dimdikli bir quşdur. Başında ucları qara dik tüklərə rast gəlmək olur. Qanad və quyruq tüklərində eninə qara- ağ bantlar var. 
Növləri: Tək bir növü həmçinin bir neçə alt növü mövcuddur. İncə uzun dimdiyi nisbətən qıvrım və yan tərəflərindən basıqdır. Ayaqları qısa və güclüdür. Hərəkət edərkən başını irəli geri tərpədərək başındakı darağı ilə xoş bir görünüş yaradır. Yuva qurmaq üçün çoxlu kol-kos axtarışına çıxmaq əvvəzinə əsasən ağac qabıqlarında, divarların və ya daş yığınlarının arasındakı oyuqlarda məskən salırlar. Torpaq üstündə sıçrayaraq müxtəlif oyunlar göstərirlər. Cütləşmə dövrlərində çıxardıqları səslərə görə "hüthüt" adlandırırlar. Onlara "daraqlı quş" və "ibik quşu" da deyilir. Böcək və həşəratlarla qidalanırlar. Həşaratlarla qidalandığ üçün faydalı bir quşdur. İnsana rahatlıqla öyrəşirlər. Payız mövsümündə Afrikaya köç edirlər. Baharda yenidən Asiya və Avropaya qayıdırlar. Yuvalarını ağac budaqlarında və ya yüksək torpaq dəliklərində qururlar. Köç zamanı tək yaşamağı sevən quşlardır. Açıq ərazidə rast gəlindiyi kimi şəhər parklarında da onlara rast gəlmək olur.

loading...
Offline
  • Şərh №: 1
  • 20 sentyabr 2015 18:09
  • Xəbər sayı: 14
  • Şərh sayı: 290
Quslari cox sevirem onlar haqinda xeberleri xoslayiram maraqlidi tesekurler

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər