Özəl:

Hörümçəklər



Hörümçəklər
Hörümçəklər yırtıcı heyvanlardır. Hətta bir-birinə də hücum edirlər. Qidalanması müxtəlifdir. Çoxu həşəratlarla qidalandıqları üçün faydalı hesab edilir. Hörümçəklərin hamısı qidalarını tutmaq üçün tor düzəltmirlər. Bir hissəsi onları qovaraq və ya üzərlərinə tullanaraq ovlayırlar. Suda böcək, qurbağa, balıq ovlayanlar da var. Qısqaclarından zəhər ifraz etməklə ovu öldürür. Daha sonra dişləri ilə onu parçalayır. Ağzında ifraz etdiyi tupurcək vasitəsi ilə ovun içalatı maye halına gələnə qədər əriyir. Cənubi Amerikada yaşayan, ayaqları istisna olmaqla 10 sm uzunluğunda olan hörümçəklər yaşayır ki, onlar torpağın altında olur və dovşanın, toyuğun içini boşalta biləcək gücdədirlər. Hörümçəklərin qida borusu dar olduğu üçün qidalarını məhz bu yolla əldə edirlər. İfraz etdikləri zəhər ovu məhv etməyə kifayət edir. Hörümçəklərin bir sıra xüsusiyyətləri vardır.

• Hörümçəyin qidalanması çox maraqlıdır. Hörümçək öz şikarını sancır və xeliserlərindəki zəhər vəzilərindən onun bədəninə xüsusi zəhər yeridir. Bu zəhər həmdə həzm şirəsidir. Zəhər və həzm şirəsi onun daxili möhtəviyyatını mayeləşdirir. Hörümçək isə sonra həmin mayeni sorur. Maraqlıdır ki, hörümçək bərk maddəylə qidalana bilmir. Ona görədə hörümçək xaricində həzm gedə bilən yeganə canlıdır.

• Bəzi hörümçəklər qurbağa, quş, kərtənkələ ilə qidalanırlar. Belə hörümçəklər Afrikada yaşayırlar və quşyeyən hörümçəklər adlanırlar.

• Adətən hörümçək tor qurub xəlvət yerdə gizlənir. Tordan xəbərverici tel uzanır. Hörümçək telinin titrəyişi xəbərdarlıq sayılır. Hörümçək öz gizli yerindən çıxır və ovuna hücum edir. Ancaq o, xəbərdarlıq telinin hər bir titrəyişinə cavab vermir. Yalnız müəyyən təsirlərlə və amplitudalarla, həşəratların hörümçək toruna düşməsindən əmələ gələn titrəyişlərə cavab verir.

• Yeni Qvineya adalarında yaşayan balıqçılar çox vaxt hörümçəyin zəhmətindən istifadə edirlər. Balıqçı bambukdan düzəltdiyi iri çərçivəni meşə cəngəlliyinə aparıb, ağacdan asır. Səhərə kimi hörümçək çərçivəyə sıx tor çəkir. Tor yırtıldıqda balıqçı onu yenidən meşəyə aparır. Hörümçək isə toru təzədən "təmir edir".

• Fici, Madaqaskar və basqa adaların sakinləri də hörümçəyin hazırladığı torlardan istifadə edirlər. Bu nazik torlar çox davamlı olur və iki kiloqrama kimi ağırlığa davam gətirir.

• Ən hündür dağlarda (7500 m) yalnız hörümçəklər yaşayır. Onlar küləyin gətirdiyi qidalarla qidalanır.
loading...
Offline
  • Şərh №: 1
  • 24 dekabr 2017 06:53
  • Xəbər sayı: 0
  • Şərh sayı: 108
Consecuencias De Tomar Cialis buy cialis Buy Cialus Cheap Propecia Lower Amount Cocaine Drug Screen Amoxicillin Lioresal Acheter 25mg <a href=http://costofcial.com>
cialis</a> Cytotec5mg Purchase Amoxicilina Cod Accepted Ups Stendra Next Day Delivery Shop Amoxil Storage Cephalexin And The Treatment Of Mrsa http://costofcial.com - cheap cialis Gimmepills Viagra Para Las Mujeres Next Day Express Delivery For Viagra

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər