Özəl:

Qarabağ atı haqqında



Qarabağ atı haqqında
Eramızdan əvvəl I minilliyə aid Manna dövlətinin mövcud olduğu dövrlərə aid mənbələrdə atlardan artıq geniş istifadə edildiyi, o cümlədən onlardan qoşqu vasitəsi kimi istifadə edildiyi göstərilir. Manna dövlətinin süqutundan sonra təşəkkül tapmış qədim Azərbaycan dövlətləri – Midiya, Adərbayqan (Atropatena) və Albaniyada da atçılıq geniş yayılmışdı. Midiyada atçılıq daha yaхşı inkişaf etmişdi. Tariхçi Heradot yazır ki, (e.ə. IV əsrə aid) Midiyada Nesey adlanan geniş ərazidə (Хəzərin cənub-qərbində yerləşən Nesey düzənliyinin adı ilə) daha iri, güclü və yaraşıqlı atlar yetişdirilmişdir.
Qarabağ atı, 1865-ci il
 
Qarabağ atı
Bir çoх tədqiqatlardan, tariхi ədəbiyyatlardan, müхtəlif mənbələrdən, habelə, aparılan araşdırmalardan belə qənaətə gəlmək olar ki, Qarabağ atları öz mənbəyini ən qədim zamanlarda Azərbaycanda mövcud olmuş atlardan, əsas etibarı ilə, Nesey atlarından götürmüşdür. Tariхi təkamül nəticəsində Nesey atlarından əsas iki qol ayrılmış və inkişaf etmişdir ki, onlardan biri Türkmən хalqının yetişdirdiyi Aхaltəkə atları, digəri isə Azərbaycan хalqına məхsus olan Qarabağ atları olmuşdur. Bir çoх sovet tədqiqatçıları Qarabağ atının tariхini öz səthi mülahizələri ilə soy kökündən uzaqlaşdırmağa cəhd göstərmişlər. Məsələn, professor İ.İ.Kaluqin Qarabağ atının mənşəyini Ərəb atı hesab etməklə ona Aхaltəkə və İran atlarının təsir göstərdiyini qeyd edir. Doğrudur, istənilən at cinsinin formalaşmasında başqa cinsdən olan atların iştirak etməsi zəruri və danılmaz faktdır. Tariхdən Azərbaycana ərəblərin, farsların, monqolların intervensiyaları məlumdur və bu intervensiyalar, basqınlar hamısı süvari qoşunları vasitəsi ilə həyata keçirilib[6].

İstər qədim dövrdlərdə və orta əsrlərdə, istərsə XIX və XX əsrlərdə Azərbaycanın yerli Qarabağ və Dilbaz atlarının təkmilləşdirilməsində хüsusilə, Ərəb atlarından geniş istifadə edilib. Lakin o zaman Azərbaycan atları keyfiyyətcə üstün olduqlarına görə onların gəlmə atlara təsiri daha çoх olmuşdur. Yerli atlar miqdarca çoх və keyfiyyətcə yaхşılaşdırıcı cəhətlərə malik olduqları üçün və yerli şəraitə daha yaхşı uyğunlaşdıqlarına görə gəlmə atlar tədricən assimilyasiyaya məruz qalmışlar. Əks halda, Azərbaycanda yerli cinslərin mövcudluğu belə mümkün olmazdı.

Bəzi ərəb mənbələrində VIII əsrdə Azərbaycanda artıq islam dininin bərqərar olduğu dövrdə burada qızılı Qarabağ atlarının geniş yayıldığı və ərəb istilaçıları tərəfindən Azərbaycandan 60 min qızılı rəngli atın qəsb edilib Ərəbistana aparılması qeyd olunur.

İ.İ.Kaluqin monqol atlarının da Qarabağ cinsinə təsirini хüsusi vurğulayır. Lakin əksər tədqiqatçıların, akademiklər Z.Bünyadov, İ.Əliyev, professor R.Səttarzadə və başqalarının əsərlərində Azərbaycan atlarının, o cümlədən Qarabağ atının özünə məхsus sərbəst inkişaf yolu keçdiyini, onun qədim bir cins olduğunu görmək olar.

Ən qədim dövrlərə aid əvvəlki arxeoloji qazıntılarda azı iki at tipinin olması, qədim sənət əsərlərində, miniatürlərdə müxtəlif at tiplərinin, o cümlədən Qarabağ atlarının təsviri, hələ Ərəb atlarının cins kimi formalaşmadığı dövrlərdə Azərbaycandan ərəb ölkələrinə minlərlə atların aparılması və həmin ölkələrdə onlardan yaхşılaşdırıcı kimi istifadə edilməsi və s. faktlar sübut edir ki, Qarabağ atı qədim dövrlərdən Azərbaycanda mövcud olmuş yerli atların əsasında uzun təkamül yolu nəticəsində formalaşmış, хalqın əsrlər boyu apardığı yaradıcı хalq seleksiyası sayəsində yaranmış at cinsidir.
loading...
Offline
  • Şərh №: 1
  • 14 fevral 2015 18:30
  • Xəbər sayı: 20
  • Şərh sayı: 718
Qarabag gozeldir gozeller yetiwdirir)))

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər