Özəl:

Kloun balığı



Kloun balığı
Öz adını ala-bəzək və şən xasiyyətinə görə alan Kloun balığı Sakit okean və Hind okeanında yaşayır. Bu balığın 26 növü məlumdur. Onlar aktinilər və ya fantastik rəngləri xatırladan mərcan polipləri - dəniz anemonlarının zəhərli bığcıqları arasında yaşayır. Kloun balığının aktinilərin zəhərli bığcıqlarına qarşı təbii immuniteti yoxdur. Bu səbəbdən ölümcül zədə almamaq üçün o, anemona yüngülcə toxunaraq ətrafında üzür. Bu hərəkət balığın dərisi qoruyucu şirə ifraz edənə qədər bir neçə saat sürür.
 
Öz düşmənlərindən aktinilərin arasında gizlənən Kloun balığı nadir hallarda öz təbii sığınacağını tərk edərək bir-iki metr uzağa üzür. Qoruyucu sığınacağa görə borclu qalmayan balıq öz əlvan rəngi ilə anemon üçün şikar cəlb edir. Başqa balıqlar öz həmcinslərini aktinilərin arasında görən zaman, oranın təhlükəsiz olduğunu zənn edərək onun yanına üzürlər. Aktinilər öz şikarını əvvəlcə iflic edir, daha sonra yeyir. Balığa isə şikarın qalıqları qismət olur. Kloun balığının və aktinilərin qeyri-adi qarşılıqlı münasibəti elmdə simbioz adlanır.
 
Kloun balığı sülhsevər olsa da, öz malını heç kimə güzəştə getmir və sığınacağını var qüvvəsi ilə qoruyur. Aktinilərin arasında balıqlar üçün yer dar olanda güclülər nisbətən zəifləri oradan çıxarır.
 
Qayğıkeş valideyn olan Kloun balıqları öz kürüsünü aktinilərin yaxınlığında mərcanların və ya daşların üzərinə qoyur. Bu balıqların hamısı kürüdən erkək doğulurlar. Lakin nəslin davam etdirilməsi üçün vacib olarsa, onların cinsi dəyişə bilir. Bu cür cins dəyişiklikləri dəniz balıqları arasında nadir hal deyil.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər