Özəl:

Dünyanın ən hündür heyvanı – zürafə



Dünyanın ən hündür heyvanı – zürafə
Zürafə Afrikanın açıq çöllərində - savannalarda yaşayır. O, müxtəlif ağacların yarpaqları və budaqları ilə qidalanır. Avropaya zürafəni ilk dəfə eramızdan əvvəl 46-cı ildə Yuli Sezar gətirib. Bizim dövrümüzdə isə Avropaya bu heyvanı 1827-ci ildə ərəblər gətirib və onu ərəb dilində "gözəl geyimli” mənasını verən "zarafa” adlandırıblar. Avropalılar onu "jarafa”, ruslar isə "jiraf” adlandırıblar. Aydındır ki, bizim "zürafə” sözü də həmin kökdəndir.  
Zürafələr olduqca sakit heyvandır, kiçik sürülər şəklində yaşayır. Sürünün hər bir üzvü digərlərinə hörmətlə yanaşır. Sürüdə, demək olar, heç vaxt dava baş vermir. Sürü rəhbəri də qan tökülmədən "seçilir”. Bu zaman sürüyə başçılıq iddiasında olanlar bir-birinə yaxın dayanır və boyunları ilə bir-birinə zərbələr endirir.
Zürafə balasının doğulması bütün sürü üçün xoş hadisə sayılır. Sürü üzvləri balanın burnuna toxunaraq onu  salamlayır. Zürafə dünyanın ən hündür heyvanıdır, onun boyu 5 metrə çatır.
Zürafənin iki əsas düşməni var: şir və insan. Şir  zürafəyə adətən yatarkən, su içərkən və otlayarkən hücum edir. İnsanlar uzun müddət zürafəni ətinə, kəndir və musiqi alətlərinin simlərini hazırlamaq üçün vətərlərinə, quyruğuna və dərisinə görə ovlayırdılar.
İndi zürafələr təbii şəkildə yalnız Keniya, Tanzaniya, Uqanda və Zambiyanın qoruq parklarında yaşayır.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər