Özəl:

Bakıda ilan ən çox haradadır?



Bakıda ilan ən çox haradadır?
Bu ay ərzində Azərbaycanda qeydə alınan ilan, əqrəb və qaraqurd sancmalarının sayı açıqlanıb.

Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiriAzər Maqsudov APA-ya açıqlamasında deyib ki, avqustda gürzə ilanının sancması ilə bağlı 14 müraciət daxil olub. Onlardan 8 nəfər mərkəzdə müvafiq şöbəyə yerləşdirilib.

A.Maqsudov qeyd edib ki, 4 nəfər əqrəb, 2 nəfər isə qaraqurd sancması ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib. İlan, əqrəb və qaraqurd sancmaları daha çox Bakı ətrafı rayonlarda, xüsusilə daş karxanalarının yerləşdiyi ərazilərdə qeydə alınıb.

Hadisələrin sayını ötən ilin müvafiq dövrü ilə müqayisə edən şöbə müdiri vurğulayıb ki, sayda ciddi artım yoxdur. Onun sözlərinə görə, bu il aprelin 20-dən sonra Azərbaycanda ümumilikdə 62 nəfər ilan, 16 nəfər əqrəb, 10 nəfər isə qaraqurd sancması ilə Toksikologiya şöbəsinə yerləşdirilib. Ötən ilin müvafiq dövründə isə hadisələrin və müraciətlərin sayı daha çox olub.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər