Özəl:

Cırdtan ağdiş



Cırdtan ağdiş
Dəstə: Insectivora (Cücüyeyənlər, Insectivors)

Fəsilə: Soricidae (Yereşənlər, Shrew)

Kateqoriya və statusu:
3 – VU (həssas, nadir, azsaylı növdür).

Yayılması:
Avrasiyanın cənubunda, Cənubi və Şərqi Afrikada, Mərkəzi Asiyada və Zaqafqaziyada yayılmışdır. Geniş arealına baxmayaraq hər yerdə nadirdir. Azərbaycanda tək-tək fərdlər, əsasən Lənkəranda və Kür - Araz ovalığında (Şirvan, Mil, Muğan düzləri) rast gəlinir.

Yaşayış yerləri və həyat tərzi:
Biotopları müxtəlifdir – qumluqlar, kolluqlar, bağlar, müxtəlif tikililər. Quru yerlərə üstünlük verirlər. Gəmiricilərin yuvalarında, daşların və çır-çırpının altında məskunlaşırlar. Kiçik onurğasızlarla qidalanırlar. 3 - 5 bala verirlər. Biologiyası öyrənilməyib.

Sayı: Hər yerdə nadirdir. Tələyə düşməsi 100 tələ/sutkaya 0.02 %-ı keçmir.

Məhdudlayıcı amillər:
Sığınacaqları örtülü yerlərdə yerləşir və bu heyvanlar yalnız nadir hallarda təsadüfən narahat edilə bilərlər. Bu növün nadir olması və zəif öyrənilməsi hər bir fərdin mühafizəsinə ehtiyac yaradır.

Tətbiq olunmuş və lazımi mühafizə tədbirləri:
Əsas yayılma ərazilərinin müəyyən olunmalı və mühafizə üçün təlbirlər hazırlanmalıdır.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər