Özəl:

Quşlar insanları depressiyadan xilas edəcək



Quşlar insanları depressiyadan xilas edəcək
Alimlər bildirirlər ki, quşların çox olduğu yerlərdə yaşayan insanlar depressiya, həyəcan və qorxudan daha az əziyyət çəkirlər. Eləcə də ağaclar bu cür təsirə malikdir.

Yeniqadın.Bİz bildirir ki, Ekseter Universiteti, Britaniya Ornitologiya Cəmiyyəti və Avstraliyanın Kvinslend Universitetindən bir qrup tədqiqatçının apardığı eksperiment nəticəsində müxtəlif yaşda və qazanc səviyyəsində olan 270 adam arasında sorğu keçirilib. Onların, demək olar ki, hamısı quşlara və ağaclara baxarkən ovqatlarının yaxşılaşdığını bildiriblər. Depressiyanın daha aşağı səviyyəsi isə səhər - quşların sayının çox olduğu vaxt qeydə alınıb. Tədqiqat zamanı ərazidə daha çox rast gəlinən qaratoyuq, birəbitdən, göy arıquşu və qarğadan istifadə edilib. Alimlər vurğulayırlar ki, sorğuya cəlb edilən adamlar quşların növünə fikir verməyiblər, onlar üçün qarşılıqlı təsir faktının özü maraqlı olub.

Alimlərin fikrincə, quşlara baxmaq insanlarda psixi pozulmaların profilaktikası ilə yanaşı, onların özlərini rahat hiss etməsinə və təbiətlə bağlılığı duymasına kömək edir.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər