Özəl:

Heyvanlar haqqında maraqlı faktlar



Heyvanlar haqqında maraqlı faktlar
Sarqan balığının sümükləri yaşıl rəngdədir.

Heyvanlardan ən böyük ürəyə və yüksək qan təzyiqinə zürafələr sahibdir.

Zürafənin dili qara rəngdədir və uzunluğu 45 sm-ə çatır.

Antarktida balıqlarının qan temperaturu -1.7 selsiyə çatır.

Balina ürəyi dəqiqədə cəmi 9 dəfə döyünür.

Dəvəquşunun yumurtasının yeməli hala gəlməsi üçün 40 dəqiqə qaynatmaq lazımdır.

Fransızlar göyərçinə "uçan sıçovul” deyirlər.

Pələnglərin təkcə tükləri deyil, dərisi də zolaqlıdır.

Fiksə edilmiş ən uzun müddətli toyuq uçuşu 13 saniyə davam edib.

Pinqvin yeganə quşdur ki, üzə bilir amma uça bilmir. Bundan başqa yeganə quşdur ki, ayaq üstə gəzir.

Folklend adalarında hər adama (2000) 350 qoç düşür, Yeni Zelandiyada isə adam başına 20 qoç düşür.

Yarpaqkəsən qarışqa öz çəkisindən 50 dəfə ağır yükü qaldırmağa və daşımağa qadirdir.

Filin beyin kütləsi onun bədəninin 0.27 %-ni təşkil edir.

Pişiklərin çənəsi yanlara hərəkət edə bilmir.

Dəvəquşunun bir yumurtasından 11.5 qayğanaq eləmək olar

Böyük balina 2 saniyəyə 2400 litr hava udur.

Dünyada yaquarların qanunla qorunduğu yeganə ölkə Belizdir.

Tırtılda olan əzələlərin sayı insan bədənindəki əzələlərdən çoxdur.

Sıçovul dəvədən çox susuzluğa dözə bilir.

Köpək balığı qurbanına hücum edərkən gözlərini bağlayır ki, çırpınan balığ onu zədələməsin.

Mola-Mola balığı bir dəfəyə 5 000 000 yumurta qoyur.

Arıların sancmasından hər il ilanların sancmasına nisbətən üç dəfə çox insan ölür.

İlbizin hərəkət sürəti saniyədə 1.5 mm-dir

İşığı arxaya torlu qişaya əks etdirən mexanizmə görə, pələngin görmə qabiliyəti insandakından 6 dəfə çoxdur

Dəvəquşunun yumurtasının çəkisi 1.5 kq-a çatır.

İlanlar heç nə yemədən üç il dalbadal yata bilirlər.

Birə bir dəfəyə 33 sm tullana bilir. Belə tullanmaq qabiliyəti insanda olsaydı, o, 213 metr məsafəyə tullana bilərdi.

12-ci mərtəbədən düşən pişiyin sağ qalmaq şansı 7-ci mərtəbədən düşən pişiyin şansından çoxdur.

1kq balı əmələ gətirmək üçün arı 2 milyon gülə qonmalıdır.

Fillər başları üstə dayana bilirlər.
loading...
  • 10-05-2016, 07:00
  • 487
  • 2
Offline
  • Şərh №: 2
  • 21 iyun 2016 12:54
  • Xəbər sayı: 0
  • Şərh sayı: 13
Twk maraqlidi bezilerini oxudumm.
Offline
  • Şərh №: 1
  • 3 iyun 2016 15:18
  • Xəbər sayı: 0
  • Şərh sayı: 11
Maraqlidi

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər