Özəl:

Bayquşlar haqqında nə bilirik?



Bayquşlar haqqında nə bilirik?
Bədəninin uzunluğu 17—74 sm, açılmış vəziyyətdə qanadlarının uzunluğu 40 sm—1,8 m, kütləsi 50 q—3,25 kq-dır. Əsasən, kecə həyatı keçirir. Yırtıçıdır. Dimdiyi qarmaqşəkilli, ayaqları qüvvətli, çaynaqları əyri və iridir. Səssiz uçur. Düzənlik, dağ, meşə, çöl və səhralarda yaşayır. Koğuş, qaya yarığı, xarabalıq və s. yerlərdə yuvalayır. 1—8, bəzən 10—11-ə qədər yumurta qoyur. Əsasən siçan, həmçinin xırda onurğalı heyvan və cücülərlə qidalanır. Monoqam quşlardır. İki fəsiləyə – əsl bayquşlar və alabayquşlar ayrılır. 134 növü məlumdur. Antarktida və bəzi okean adalarından başqa butün qitələrdə olur. Azərbaycanda 6 növü var: iri yapalaq, dan (gecə) bayquşu, qulaqlı (buynuzlu) bayquş, bataqlıq bayquşu, dam yapalağı (kor yapalaq), meşəbayquşu. Kənd təsərrüfatı və meşə ziyanvericilərini məhv etdiklərinə görə xeyir verən quşlardır. Yalnız iri yapalaq ovçuluq təsərrüfatına ziyan vurur. Bayquş mavi rəngini görə bilən tək quşdur.

loading...
Offline
  • Şərh №: 1
  • 7 may 2016 19:39
  • Xəbər sayı: 198
  • Şərh sayı: 905
Maraqlidir.

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər