Özəl:

Qısa quyruqlu, uzun pəncəli vaşaq



Qısa quyruqlu, uzun pəncəli vaşaq
Pişikkimilər fəsiləsinin digər nümayəndələrindən fərqli olaraq vaşaqın quyruğu çox qısadır. Əslində uzun quyruq heyvanlarda sükan rolunu oynayır və ovu təqib edərkən hərəkət istiqamətini kəskin dəyişməyə kömək edir. Vaşaq isə daha çox pusquda duraraq ov etməyə uyğunlaşıb. Ona görə də pəncələri çox uzundur və bu da ona uzun məsafəyə tullanmaq imkanı yaradır. Vaşaqın məskəni sıx ağacların budaqları arasında pusqu qura biləcəyi meşələrdir.
 
Vaşaqın ən çox sevdiyi şikar cüyür və maral olsa da, bəzən ev heyvanları olan keçi və quzulara da hücum edir. Şimali Amerikada yaşayan qırmızı vaşaq gecələr kəndlərin, yaxud fərdi evlərin yaxınlığında görünür. Ağaclarda pusqu qurub ovunu gözləyir. Onun yaxınlıqda olmasını yalnız qar üzərində qalan iri pişik ləpirlərinə oxşar izlər xəbər verir.
 
Adətən dişi vaşaq ikidən dördə qədər bala doğur. O, əvvəlcədən mağara və ya ağac koğuşunda balaları üçün yuva hazırlayır. Balalar on ay analarının himayəsində qaldıqdan sonra onu tərk edir və müstəqil həyat sürməyə başlayır. Vaşaq yalqız yaşayan heyvandır və adətən şəxsi ov sahəsinə malik olur.
 
Quşlara hücum edərkən vaşaqın güclü arxa pəncələri ona çox yüksəklərə tullanmağa imkan verir.
loading...
Offline
  • Şərh №: 4
  • 26 may 2016 13:56
  • Xəbər sayı: 1
  • Şərh sayı: 57
Maraqlidu twkler
Offline
  • Şərh №: 3
  • 3 may 2016 15:10
  • Xəbər sayı: 198
  • Şərh sayı: 905
Maraqlı xeberdi cox isterdimki bu heyvanı yaxınnan görüm

--------------------
Offline
  • Şərh №: 2
  • 14 fevral 2015 18:31
  • Xəbər sayı: 20
  • Şərh sayı: 718
Bu heyvan mene maraq getirir
  • Şərh №: 1
  • 27 iyul 2014 02:08
  • Xəbər sayı: 0
  • Şərh sayı: 0
Twk edirem amma hec bir heyvani sevmirem.cunki onlara qarsi qorxum var

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər