Özəl:

Evinizin havasını nələr zəhərləyir?



Evinizin havasını nələr zəhərləyir?
"Evimin havasını nələr zəhərləyər” deyə özünüzə sual vermisiniz? İndi sizə göstərdiyimiz faktlara məəttəl qalacaqsınız. Ekoloqiya nə qədər çirklidirsə, xəbəriniz olsun ki, evin havası daha çox çirklidir. Təbii taxtadan hazırlanan materiallar baha olduğu üçün ucuz məhsullara qaçırıq. Evlərimizə yaraşdırdığımız mebellər, DSP, linolium, kraska, lambrin, kimyəvi təmizləyicilər, yuyucu tozları və s. evin havasını zəhərləyir. Bu məhsullar evlərə benzol, toluol, fenol, formaldehid, karbon qazı, ammonyak və azot oksidləri kimi zəhərli maddələr buraxır. Bunların nəticəsidir ki, müxtəlif xəstəliklər baş qaldırır. Buna görə hər 2 saatdan bir evin havasını dəyişmək lazımdır və evin havasını təmizləmək üçün xüsusi bitkilərdən istifadə etmək lazımdır. Ən xeyirli otaq bitkilərinə diqqət edək:

1. Şefrella (zontik ağacı) – Siqaret çəkilən evdə bu bitki ən gözəl təmizləyicidir. Bu gül siqaret tüstüsündəki nikotini dəf edir. Bu da siqaret çəkməyənləri qorumaq deməkdir.

2. Epipremnum qızıl (sarmaşıq növüdür) - Bu gül az sulanmağı sevsə də , tez böyüyür . Əsasən iri yarpaqları evdən benzol maddəsini təmizləyir.

3. Drasena – Bu bitki formaldehid maddəsini zərərsizləşdirir, həmçinin zəhərli mebel boyalaranın, yapışqanlar və DSP-dən yığılan mebellərin qoxusunu və təsirini zərərsizləşdirir.

4. Xlopofitum - Bu gül dəm qazlarını dəf edir. Əsasən 1-ci və 2-ci mərtəbədə yaşayanlar üçün məslətdir.

5. Xamedoreya (zərif otaq palması) - Çox quru otaqları fəal nəmləndirir və havadan plastik qabların zəhərlərini dəf edir.

6. Sarmaşıq və 7-ci Benjamen fikusu - Bu güllər çox gözəl hava təmizləyiciləridir. Onlar, həmçinin formaldehid, benzol və ammonyak kimi zəhərli maddələri canına çəkir. Fikus həmçinin tozu özünə maqnit kimi çəkir. Bu güllər evlərin təmizlənməsində nə qədər yararlı olsalar da, uşaqlar bu güllərdən qorumaq məsləhətdir. Çünki bunlar zəhərli maddələri canlarına çəkdikləri üçün təhlükəli sayılırlar.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər