Özəl:

Qreypfrutun bilmədiyiniz ziyanı



Qreypfrutun bilmədiyiniz ziyanı

Vitamin, mineral, orqanik turşularla zəngin olan qreypfrut çox faydalı meyvədir.

Qreypfrut ürək-damar sistemini möhkəmləndirir, orqanizmdə xolesterinin səviyyəsini aşağı salır, həzmi yaxşılaşdırır, immun sisteminə müsbət təsir edir, orqanizmin tonusunu qaldırır, arıqlamağa kömək edir.

Lakin bütün bu faydalı xüsusiyyətlərlə yanaşı qreypfrutun çox ciddi ziyanlı xüsusiyyəti də var.

Alimlər araşdırıb ki, qreypfrut və xüsusilə də onun şirəsi bir çox dərmanların təsiri dəyişir - azaldır və ya əksinə artırır. Bu isə təhlükəli ola bilər.


 

Bunun səbəbi ondadır ki, qreyprutun tərkibində olan maddələr dərmanların qaraciyərdə parçalanması prosesini sürətləndirə və ya əksinə ləngidə bilər. Bu isə dərmanın qanda səviyyəsini azaldır və ya artırır və bununla müvafiq olaraq orqanizmə olan təsiri də dəyişir.  Bir çox hallarda bu çox təhlükəli ola bilər.


Bu dərmanlar arasında: xərçəngin müalicəsində istifadə olunan preparatlar, bəzi antibiotiklər, statinlər, ürək dərmanları, sinir sistemi pozulmalarında təyin olunan dərmanlar, immunosupressantlar, viaqra, antiqistamin preparatları və s.

loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər