Özəl:

Həftədə neçə dəfə duş qəbul etmək olar?



Həftədə neçə dəfə duş qəbul etmək olar?
Bir çox insan hər gün duş qəbul etməyi təmizlik və sağlamlıq baxımından çox mühüm olduğunu düşünə bilər, amma alimlərin bu məsələyə münasibəti heç də təxmin etdiyimiz kimi deyil.

İki dermotoloqun apardığı araşdırma nəticəsində, insanların həddindən artıq duş qəbul etdiklərini müəyyənləşdirib. Nyu-Yorkdakı Mount Sinai xəstəxanasında professorun köməkçisi işləyən doktor Coşua Zeykner hesab edir ki, tez-tez aldığımız duş və bədən qoxusu kimi bildiyimiz məsələ, əvvəllər sosial amillər tərəfindən müəyyən edilmiş bir illüziyadır.
Digər bir dermatoloq doktor Ranella Herş isə doktor Zeyknerin haqlı olduğunu bildirib: "İnsanlar hesab edirlər ki, həddindən artıq çox duş qəbul etməlidir və buna ictimai baxımdan diqqət etməyimiz çox mühümdür. Bu ideyanın sosial amilırdən qaynaqlandığını dərk etməliyik".
 
YeniQadın.Biz bildirir ki, hər iki dermatoloq, xüsusilə isti su ilə tez-tez duş qəbul etməyi dəridə quruma və narahatlıqların yaranmasına səbəb ola biləcəyini deyir.
Bununla yanaşı, dərimizdə olan "yaxşı xasiyyətli bakteriyalar" ölə bilər və bu xəstəliklərə qarşı dərimizin daha həssas və müdafiəsiz vəziyyətə gəlməsinə səbəb ola bilər.
Hər iki həkim, xüsusən bu məsələyə diqqəti yönəldib: "Uşaqlarınızı hər gün yuyundurmayın, çünki bu onlara xeyirdən çox zərər verəcək. Əgər uşaqlar kiçik yaşdan etibarən bakteriyalara məruz qalmazlarsa, yaşları artdıqca dəriləri daha həssas olacaq.
Mövcud olduğunuz vəziyyət və gündəlik fəaliyyətləriniz tez-tez duş qəbul etməyi lazım olması məsələsində sizi könülsüzlüyə istiqamətləndirə bilər, amma hər gün duş qəbul etmək həkimlərin tövsiyə etdiyi bir hərəkət deyil.
Əgər hər gün tərləmənizə səbəb olan bir iş və ya fəaliyyət görməmisinizsə, onda iki gündən, hətta üç gündən bir duş almanız tövsiyə olunur. Bu vəziyyət sizi çox narahat edəcəksə, orqanizminizin tər qoxusu yaradan bölgələrini sabunla və ya təmizləyici dəsmallarla təmizləyə bilərsiniz. Bununla da həm pis qoxulardan, həm də tər səbəbilə formalaşacaq bakteriyalardan xilas ola bilərsiniz.
Həkimlərin vurğuladığı başqa bir məsələ də var: "Alt paltarınızı dəyişdirmək üçün duş qəbul etməyi gözləməyin. Duş alsanızda, almasanızda eybi yoxdur, hər gün alt paltarınızı dəyişin".
Offline
  • Şərh №: 7
  • 20 mart 2017 00:14
  • Xəbər sayı: 3
  • Şərh sayı: 12
hefdede 3 4 defe cimire
Offline
  • Şərh №: 6
  • 19 mart 2017 23:56
  • Xəbər sayı: 0
  • Şərh sayı: 25
faydali melumatdi tesekkurler
Offline
  • Şərh №: 5
  • 19 mart 2017 19:12
  • Xəbər sayı: 14
  • Şərh sayı: 122
Sitat: Gülüş.
men cimmeyi xosluyuram

Mende oyle kizz
Offline
  • Şərh №: 4
  • 19 mart 2017 12:46
  • Xəbər sayı: 0
  • Şərh sayı: 83
Yayda her gun qisda ise 2 gunnen bir dus qebul edirem. Derinin qurumasi fikri ile tam raziyam. Yayda her gun dus qebul etsemde saclarimi 1 gunnen bir yuyuram. Saclarim ve sac derim quruyur cunki. Twk.
Offline
  • Şərh №: 3
  • 18 mart 2017 11:25
  • Xəbər sayı: 0
  • Şərh sayı: 71
Her gün duş almasam özümü pis hiss ederem
Offline
  • Şərh №: 2
  • 18 mart 2017 10:41
  • Xəbər sayı: 17
  • Şərh sayı: 140
Narinim,sayti duzeldin kompla daxil olmaq olmur.

--------------------
Offline
  • Şərh №: 1
  • 17 mart 2017 20:27
  • Xəbər sayı: 0
  • Şərh sayı: 21
men cimmeyi xosluyuram

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər