Özəl:

Ağciyərlərinizi sarımsaqla təmizləyin



Ağciyərlərinizi sarımsaqla təmizləyin
Böyük şəhərin çirkliliyi ağciyərlərimizə və ürəyimizə böyük zərbə vurur. Sarımsaq təbii bir dərman kimi ağciyərlərimizi bu çirklərdən təmizləyə bilər.

Sarımsaqdan ancaq qida məhsullarında deyil, dərman hazırlamaqda da istifadə edərlər. Sarımsaqdan bu qədər istifadə olunmağın səbəbi, tərkibində olan alisin maddəsinə görədir. Sarımsağın dadının tünd olması da bu maddəyə görədir. Sarımsaq o bitkilərdəndir ki, tərkibində C, B vitaminləri, protein, kalisium, mis, kalium, fosfor və dəmir vardır.
Sarımsaq virus və iltihab əleyhinə olan bir bitkidir və onun bu xüsusiyyətindən ağciyərləri təmizləmək üçün istifadə edəcəyik.
Bu bitkinin tərkibində olan vitaminlər, anti-oksidantlar və minerallar mühitin qoyduğu ziyanları aradan qaldırmağa qadirdir. Sarımsaq anti-bakterial xasiyyətə malikdir. Xüsusilə də tənəffüs yollarının iltihablarını rahatlıqla aradan qaldıra bilir. O kəslər ki, siqaret çəkir və ya tüstüsünə məruz qalırlar, daha çox sarımsaq yeməlidirlər. Bu bitki tənəffüs yollarındakı toksinləri dəf edər və astma və soyuqdəymə kimi xəstəliklərə yaxşı təsir göstərər.
Ağciyələrimizi təmizləmək üçün özümüz bir dərman hazırlamalıyıq. Bunun üçün bizə lazım olanlar: 10 diş sarımsaq, 3 budaq kəklikotu, lazım olan qədər zeytun yağı. Əvvəl sarımsaqları əzirik və döyürük ki, xəmir halına düşsün. Sonra ona kəklikotunun yarpaqlarını əlavə edib, yenə döyürük ki, saf bir xəmir meydana gəlsin. Bu xəmiri təmiz bir şüşə qaba qoyaq və üzərinə zeytun yağı tökək. Üstünə çıxana qədər əlavə edək. Bir gecə bu tərkibi qaranlıq və sərin yerdə saxlayaq.
Hər səhər ondan acqarına bir çay qaşığı yeyin və iki həftə sonra ağciyələrinizə qoyduğu təsirin şahidi olacaqsınız. Bu tərkib təkcə ağciyərlərə deyil, başqa orqanlara da müsbət təsir qoyacaq və immun sistemini gücləndirəcəkdir.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər