Özəl:

Yaşıl çay daun sindromunun çarəsi ola bilər



Yaşıl çay daun sindromunun çarəsi ola bilər
Araşdırmalar yaşıl çayın ehtiva etdiyi kimyəvi maddənin daun sindromlu şəxslərin yaddaş və danışıq qabiliyyətini artırdığını göstərib.

1 il davam edən araşdırmalar zamanı yaşıl çayın ehtiva etdiyi "epigallocatechin gallate” adlı maddənin sinir hücrələrinə birbaşa təsir etdiyi məlum olub. "The Lancet Neurology” jurnalında yayımlanan araşdırmanın nəticələri göstərib ki, bu maddə daun sindromlu insanların zəka testlərində uğur qazanmasına səbəb olur. Üstəlik maddənin təsiri dərhal keçmir. Daun sindromlu şəxs 1 həftə müddətində yaşıl çay içsə, onun müsbət nəticələrini düz 6 ay hiss edir.

Araşdırmaçı Mara Dirsen bütün bunlara baxmayaraq, daun sindromunun müalicə edilməsinin hələlik mümkünsüz olduğunu bildirib. O, yaşıl çayın belə insanların sadəcə həyat şəraitini yaxşılaşdıra biləcəyini deyib.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər