Özəl:

Dodağınıza uçuq çıxıb?



Dodağınıza uçuq çıxıb?
Həm canımızı ağrıdan, həm də gözəlliyimizə kölgə salan uçuqlardan qurtulmaq asan olmur. Lakin bu problemlə də mübarizə aparmağın yolları var. Uçuğu sağaldan tövsiyələr təqdim edirik.

Qarğıdalı nişastası
1 qaşıq qarğıdalı nişastası ilə 1 qaşıq suyu qarışdırıb məcun halına gətirin. Yatmazdan əvvəl uçuğa sürtün. Oyandığınız zaman ehmalca yuyun.

Buz
Uçuq ağrı ilə yanaşı dodaqda göynəməyə də səbəb ola bilər. Buz tutmaq uçuğun üzərindəki dərinin həm nəmlənməsini, həm də göynəmənin keçməsini təmin edir.

Süd
Süd də uçuqlara olduqca yaxşı təsir edir. Pambığı soyuq süddə isladın və uçuğun üzərində 2-3 dəqiqə saxlayın.

Aloe vera
1 çay qaşığı alo vera gelini birbaşa uçuğun üzərinə tətbiq edə bilərsiniz.

Ekinezya
Ekinezya immunitet sistemini gücləndirir. Həmçinin uçuq çıxmasının qarşısını alaraq, bədəninizi dəstəkləyəcək.

Diş fırçanızı dəyişin
Diş fırçası uçuq viruslarının daşınması üçün ideal mühit meydana gətirir. Uçuq çıxdıqdan sonra təmiz bir diş fırçasına keçin. Uçuq keçdikdən sonra təkrar fırçanızı dəyişdirin.

Nanə yağı
Uçuğu su ilə təmizləyin. Ardından pambığı əvvəl suya, sonra da nanə yağına batırıb uçuğa sürtün. Gündə 2 dəfə kifayət edəcək.

Vanil
Vanil özü uçuğa səbəb olan virusun çoxalmasına mane olur. Pambıqlı çubuğun ucuna sürtdüyünüz vanili birbaşa uçuğun üzərinə qoyun və 1-2 dəqiqə gözləyin. Gündə 4 dəfə təkrarlaya bilərsiniz.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər