Özəl:

Ramazanda bədəninizi susuz qoymayın!



Ramazanda bədəninizi susuz qoymayın!
Bu gündən etibarən 11 ayın sultanı, İslam dininin mübarək ayı Ramazan başladı. Etiqadlı müsəlmanlar bir ay boyunca oruc tutur. Müqəddəs kitabın – Qurani-Kərimin Bəqərə surəsinin 183-cü ayəsində buyurulur: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!”.

Ramazan yay aylarına düşür. Yayda günün uzun olduğunu nəzərə alsaq, oruc tutanların çoxu susuzluq kimi ən aktual problemlə üzləşir. Publika.az bu ayda bədənin susuz qalmaması üçün bəzi məsləhətləri oruc tutanların nəzərinizə çatdırır. Türkiyəli terapevt Aypara Qaya Ramazanda bədəni susuz qoymamaq üçün bunları təklif edir.

İftarda və imsakda çox çay və qəhvə içməyin. Hər ikisi də çox güclü sidikqovucudur. Yəni, bu iki maye orqanizmi susuz qoyur. Çay və qəhvə yeməkdən 45 dəqiqə sonra içilməlidir.

Duzlu yeməklərdən uzaq durun. Turşu, şoraba, pendir, zeytun və basdırma kimi qidalar susuzluq hissinə təkan verir.

Yağlı yeməklər də susuzluğu artırır. Qovurma, qızartma, yağlı piroq kimi yeməklərə çox üstünlük verməyin.

Susuzluğa qalib gəlmək üçün həddindən artıq soyuq içkilər içməyin. Çünki soyuq içkilər hərarəti azaldır və orqanizmin ehtiyacı olduğu mayeni qəbul etməyinizə mane olur. Eyni zamanda soyuq su isti yeməklə birləşəndə həzm problemləri yarada bilər.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər