Özəl:

Vitaminlərin qəbulunda da ehtiyatlı olun, yoxsa...



Vitaminlərin qəbulunda da ehtiyatlı olun, yoxsa...
İnsanlarda çox zaman dərmanların əlavə təsirlərini venadaxili, inyeksiya şəklində qəbul edilən dərmanlar yaradır.

Bunu Səhiyyə Nazirliyi Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

O bildirib ki, dərmanların əlavə təsirləri ilə əlaqədar yalnız may ayında 11 nəfər müraciət edib. Onlardan 7-si xəstəxanaya yerləşdirilib.

Həkim qeyd edib ki, dərmanların əlavə təsirləri ilə əlaqədar xəstəxanaya müraciət edənlər daha çox yaşı 45-dək olan insanlardır.

Toksikoloqun sözlərinə görə, müraciət edənlər, əsasən, antibiotiklər və vitaminlərin qəbulu nəticəsində dərmanların əlavə təsirlərinə məruz qalıblar.

Vitaminlərin qəbulu ilə əlaqədar insanları diqqətli olmağa çağıran A.Maqsudovun sözlərinə görə, bədənin həssaslığı, müqaviməti pozulduqda da vitaminlərin qəbulu nəticəsində əlavə təsirlərin yaranması mümkündür.

O qeyd edib ki, uşaqlara həkim məsləhəti olmadan verilən vitaminlərin qəbulu onların səhhəti üçün ciddi təhlükələr yaratmasa da, orqanizmdə fəsadlar yarada bilər. Bu fəsadlar isə özünü allergik reaksiya formasında göstərə bilər.

Toksikoloq dərmanın əlavə təsirlərinin qeydə alınması ilə dərmandan zəhərlənmə arasında fərqlərin olduğunu deyib. Onun sözlərinə görə, çox zaman xəstəni dərman zəhərlənməsi adı ilə xəstəxanalara gətirirlər, amma bu da əksər hallarda təsdiqlənmir. Belə hallarda xəstənin vəziyyəti pisə doğru dəyişsə də, müayinə zamanı dərman zəhərlənməsinin əlamətləri müşahidə edilmir. Xəstə dərmanın əlavə təsirlərinə məruz qaldığı üçün tibbi yardımdan sonra evə buraxılır. Dərman zəhərlənməsi olduqda isə xəstə mütləq xəstəxana rejimində müalicə edilməlidir.

A.Maqsudov deyib ki, dərmanın əlavə təsirləri özünü allergik reaksiya kimi büruzə verir. Bu zaman dəridə qızarma olur, başgicəllənməsi yaranır: "Ümumi əlamətləri dərman zəhərlənməsinə oxşayır, amma bu əlamətlər dərman zəhərlənməsi deyil. Dərman zəhərlənməsi laboratoriyada qanın toksiki-kimyəvi analizi vasitəsilə ilə müəyyən olunur. Bu analizin müayinəsi zamanı dərman zəhərlənməsinin baş verib-vermədiyini və hansı tip dərmandan baş verdiyi təsdiqlənir".
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər