Özəl:

Yaxşı yaşamaq istəyirsinizsə oxuyun!



Yaxşı yaşamaq istəyirsinizsə oxuyun!
Yaşadığımız dünyanın öz mənəvi qanunları var. Bu haqda bilib-bilməməyimizdən asılı olmayaraq bu qanuna uyğunlaşmaq hər birimiz üçün   keçərlidir. Amma dünyanın 12 qanunundan xəbərdar olsanız, xoşbəxt olacaqsınız. İndi isə gəlin bu qanunlarla tanış olaq:

1. Sənə lazımdırsa, elə!
Gördüyümüz hər hansı iş sonunda ən azı minnətdarlıq və ya daxili rahatlığımıza gətirib çıxarmalıdır. Kiminsə yerinə işi görmək bizə mənəvi rahatlıq gətirmir və gələcək fəaliyyətimiz üçün stimul vermir. Gördüyünüz işin qarşılığında ən azı minnətdarlıq və diqqət görməlisiniz ki, bunlar sizin həyat enerjinizə çevrilsin.

2. Xahiş edilmədiyi halda digərlərinin həyatına qarışmayın!
Biz həmişə yaxşı niyyətlə digərlərinin işinə, həyatına qarışmaq istəyirik. Ancaq bunun qarşılığında minnətdarlıq yox, tənqid eşidirik. Hər kəs öz şəxsi həyat yolunu gedir və digərlərinin səhvləri üzərində öyrənmək hər adama nəsib deyil.

3. Söz vermə, söz verdinsə, üstündə dur!
Boş-boş söz verməklə varlı olacaqsınızmı? Söz verib üstündə durmamaq sözünüzün çəkisini aşağı salmırmı? Sözlərimiz maddi deyil, ancaq bizim eqomuzun , reputasiyamızım formalaşmasında, münasibətlərimizin qurulmasında əsas amillərdən biridir. Ona  görə sözlərinizə diqqət edin!

4. Xahişə "yox” cavabı verilmir!
Bizdən nəsə xahiş edirlərsə, demək hər hansı işi görəcəyimizə görə öncədən minnətdarlıq edilir. Bu minnətdarlıq bizdə özümüzü qiymətləndirilmə hissini artırır və fərqinə varmasaq da, xeyrimizə işləyir. Dolayısı ilə daxilimizdəki özünü qiymətləndirmə enerjisinin yüksəlməsinə səbəb olur. Xahişlə yaltaqlığı fərqləndirməyi unutmayın. Biri xeyrimizə işlədiyi kimi digəri əksinə, məhvimizə gətirib çıxara bilər.

5. İnformasiyanı özünküləşdirmədinsə, onu ötürmə!
Digərlərinə düşüncənizi və planlarınızı bölüşəndə ehtiyatlı olun. Yersiz məsləhətlər, tənqidlər sizi ruhdan sala və məqsədiniz ilkin mahiyyətini itirə bilər. Özünüz sınaqdan keçirmədiyinizi digərlərinə məsləhət görməyin. Sizin məsləhətlər təcrübəyə söykənibsə, insanlar bunu yüksək qiymətləndirəcəklər.

6. Tormozlama
Aydındır ki, hansısa bir işin öhdəsindən gələ bilmiriksə, fikrimizi tam şəkildə bu işə yönəldirik və digər işləri unuduruq. Bununla da inkişafımızı tormozlayırıq. Biz bir yerdə dururuqsa, digər işlərdən heç zaman həvəslənə bilmərik.

7. Məqsədləriniz həyatınızın mayakına xidmət eləməlidir.
Məqsəd vasitədir, nəticə deyil. Əgər məqsədinizdəki sonu görürsünüzsə, onda ona mütləq çatacaqsınız. Bəzi məqsədlərin sonzuz olması yaxşıdır, məsələn, özünü inkişaf elətdirmək kimi.

8. Keçmişi unutma, gələcəyi gör, amma indiki zamanda yaşa!
Bu gün aldığınız həyat enerjisini ən gözəli elə bu gün xərcləyin! Keçmişdə, ya gələcəkdə görüləcək ən gözəl işləri elə bu gün də görmək mümkündür.

9. Heç kimi tənqid və mühakimə eləmə!
Kimisə tənqid və mühakimə etmək insanın özünü qiymətləndirməsinin nə qədər aşağı olduğunun göstəricisidir. Digərlərini tənqid etməklə insanlar sanki öz daxili eqolarını daha da təmizə çıxarmağa çalışırlar. Əslindəsə, biz kimisə tənqid, ya mühakimə etdikdə özümüz də qarşılıqda tənqid və mühakiməylə üzləşirik və bununla barışa bilmirik.

10. Təbiətin pis havası yoxdur.
Uğursuzluğunuza mövcud hadisələrin sonu kimi baxmayın. Buna cəhdlərinizdən biri kimi baxın və sınaqdan keçirəcəyiniz növbəti cəhd barədə düşünün. Həyat enerjinizi yaşadığınız uğursuzluğa görə ağlamaqdansa, növbəti dayanacağa doğru irəliləməyə xərcləyin.

11. Mane olma!
Sizi eşitmək istədikdə danışın, özünüzü insanlara sırımayın! Nəticədə cəmiyyətdə yerinizi tuta bilməyəcəksiniz və boş-boşuna özünüzü xərcləyəcəksiniz.

12. Həmişə və hər yanda icazə al!
Digərlərinin intelektual və fiziki əmlaklarına hörmətlə yanaş! Əks halda öz enerjinizi müdafiəyə xərləyəcəksiniz.

P.S. Bir sözlə, həm özünüzü, həm də digərlərini olduğu kimi görün! Ana təbiətdə bütün canlı və cansızların öz yeri var. Bir anlığa düşünün ki, təbiətdən ağıllı ola bilməzsiniz, çünki onun kiçik bir hisəsisiz.

loading...
Offline
  • Şərh №: 1
  • 6 may 2016 17:03
  • Xəbər sayı: 198
  • Şərh sayı: 905
Xere göre tewekkurler

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər