Özəl:

Tül pərdə necə yuyulur?



Tül pərdə necə yuyulur?
Havalar isinib, yenilənməyə hazır olmalıyıq. Artıq evin ən vacib aksessuarlarından olan tül pərdələri təmizləmək vaxtıdır.
 
Onlarla müxtəlif növləri olan pərdələrin hər növü üçün fərqli təmizlik üsulları var. Əsasən açıq rəngləri olanlara üstünlük verilən tül pərdələr tozu daha çox hopdurduğundan  təmizliyi vacibdir. Bəs onları necə yumalı? Aile.lent.az tül pərdələrin yuyulma qaydasını təqdim edir.
 
Tül pərdələrinizi maşında yumaq istəyirsinizsə, isti su istifadə etməyin. 30 dərəcədə yuyun. Naxışları içəridə qalacaq şəkildə qatlayıb maşına qoyun.
Əldə yuyarkən ilıq su və yuyucu toz istifadə edin. Bir dəfə suyu dəyişdirib təkrar yuyun.
 
Saralmış pərdə necə yuyulur?
Vannada yuyucu toz qarışdırılmış su hazırlayın və içinə 1 stəkan ammonyak əlavə edin. Pərdəni 2 saat bu suda saxlayın. Duru su ilə yuyun və günəşdə qurudun.
 
Tül pərdəni ütüləməyə ehtiyac yoxdur.  Düzgün yuyub qurudandan sonra asa bilərsiz.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər