Özəl:

Qış geyimlərinin saxlanılması



Qış geyimlərinin saxlanılması
Sizin diqqətinizə qış geyimlərinin və ayaqqabılarının saxlanılması üçün bir sıra sadə, amma olduqca effektiv məsləhətlər təklif edirik.

Qış geyimlərinin saxlanılma yeri
İlk olaraq diqqət edin ki, kürkləri, gödəkcələri və ya yun əşyaları polietilen qutularda və ya kisələrdə əzilmiş vəziyyətdə saxlamaq olmaz. Qış geyimlərinin yanlış saxlanma qaydası onların tez "xarab olmasına”, öz ilk görünüşünün itirilməsinə və tük tökülməsinə səbəb olur.

Əşyaların uzun müddətli saxlanması üçün polietilen və başqa analoji materiallardan istifadə etmək qəti surətdə tövsiyə edilmir, çünki onlarda hava dövrü olmadığı üçün əşyalarda kif qoxusunun yaranması və həmçinin güvələrin artımı üçün əlverişli şərait yaranar.

Qış əşyalarını sərin, yaxşı havaya verilən yerlərdə saxlamaq lazımdır. Məsələn onları şüşəbənd eyvanda saxlamaq olar.

Palto, gödəkcələr, kürklər və plaşları pambıq parçadan və ya tənzifdən hazırlanmış kisələrdə asılqanlardan asıb saxlamaq tövsiyə edilir.

Sviterlərin saxlanılması
Sviterləri ilk öncə yuyub sonra qış üçün yığışdırmaq lazımdır. Çünki hətta əhəmiyyətsiz ləkə növbəti mövsümdə çıxarılmayan ola bilər. Əşyanın özü isə istifadəyə yararsız ola bilər.

Sviterləri paltarasanda qoymaq olmaz, çünki onlar dartıla və formalarını itirə bilər. Yaxşı olar ki, onları qatlayıb hava dəyişmə üçün dəlikləri olan plastik qutulara və ya təmiz konteynerlərə qoyasınız.

Paltoların saxlanılması
Paltoları da sviter kimi, saxlamazdan əvvəl yuyub və ya kimyəvi təmizləməyə vermək arzu olunandır. Onları toxuma çexolun içində paltarasanlarda saxlamaq lazımdır. Əgər belə imkanınız yoxdursa, bu zaman onları iç üzünü çevirib parça kisəyə qoya bilərsiniz.

Dəri gödəkcələr bir qədər fərqli üsulla saxlanılır. Əvvəlcə əşyaları nəm penorezin süngər ilə silib, sonra onları hamarlayıb qırışlarını düzəltmək lazımdır.
Kürkü tərs üzünə çevirib xəzi tozdan və artıq xovdan şotka ilə təmizləmək və sonra üz tərəfinə çevirib saxlamağa qoymaq lazımdır.

Təbii xəzdən olan kürkü xüsusi materialdan tikilmiş geyim üçün paketdə +10-15-dən yuxarı С° temperatur şəraitində saxlamaq lazımdır.

Ayaqqabıların saxlanılması

Saxlamazdan əvvəl ayaqqabıları yaxşıca yuyun, təmizləyin və qurudun. Xoşagəlməz qoxunu aradan qaldırmaq üçün, ayaqqabıları manqan məhlulu və ya hidrogenin peroksidi ilə emal etmək olar. Dezinfeksiya üçün pambıq tikələrini sirkə məhlulunda isladın və ayaqqabıların içinə qoyun. Ayaqqabıları günəş işıqlarından uzaqda quru yerdə qutuda saxlamaq lazımdır.

Güvə ilə mübarizə
Profilakti məqsədləri üçün bir tikə parçanı və ya pambığı sidr, lavanda və ya sərvin efir yağında isladıb qış geyimlərini yerləşdirdiyiniz qutulara və ya rəflərə qoyun.
Düzgün qulluq və saxlanma vaxtı qış geyimləriniz sizə uzun müddət xidmət edəcək və təzə görünəcəklər.
loading...
Offline
  • Şərh №: 1
  • 8 iyun 2018 04:52
  • Xəbər sayı: 0
  • Şərh sayı: 1526
Effetti Collaterali Cialis E Viagra Muscoli Effetti Collaterali Propecia generic cialis canada Contre Indication Cialis 20 Mg Viagra Kaufen In Deutschland

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər