Özəl:

Qadınların bilməsi lazım olan 9 sirr



Qadınların bilməsi lazım olan 9 sirr
1. Yataq ağları tez-tez dəyişdirilərsə yuyulması asan olur. Pambıq və kətan parçadan olan yataq ağlarını islağa qoyduqdan 1 saat sonra sabunlu-sodalı suda qaynadılarsa daha təmiz olar.

2. Üstündə rəngli saplarla işlənmiş naxışları olan süfrə və salfetlərin rəngi getməsin deyə, onları qatı duzlu suda islağa qoyduqdan sonra suda yaxalayıb adi qaydada yuyularsa, rəngləri solmaz.

3. Çay dəsmalları duzlu suya islağa qoyulduqdan sonra daha yaxşı yuyulur.

4. Qurumuş paltarları ipdə çox saxlamaq olmaz. Çox quruyan paltarların ipləri tez kövrəkləşir və cırılır.

5. Süni ipəkdən hazırlanmış məmulatları yuyarkən bərk sıxmaq və ovxalamaq olmaz. Çünki yaş halda onların kövrəkliyi çox olur.

6. Pencəyin qolunu ütüləmək üçün onun içərisinə mütəkkə kimi bükülmüş dəsmal qoyulub ütülənməlidir.

7. Təzə ütülənmiş yataq ağlarını dərhal şkafa yığmayın, qoyun soyusun sonra yığın. Yoxsa yenidən qırışacaq.

8. Yataq ağlarını ütüləyərkən hər dəfə eyni yerdən qatlamayın. Eyni yerdən qatladıqda həmin yerləri qat kəsir və tez cırılırlar.

9. Üstündə naxışlar olan paltarlar əvvəl tərs, sonra isə düz üzündən ütülənməlidir.
loading...
Offline
  • Şərh №: 1
  • 22 iyul 2016 18:42
  • Xəbər sayı: 17
  • Şərh sayı: 119
Bezilerni bilirdim...Təşəkkür bacı.

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər