Özəl:

Ləzzətli və qabarıq keks bişirmənin pik nöqtələri



Ləzzətli və qabarıq keks bişirmənin pik nöqtələri
Keks deyilincə mənim ağılıma tez hazırlanan , bəzən qonaqlara ikram edilən , bəzən çayın yanında yeyilən, əksəriyyət halda isə uşaqların ən sevdiyi ləzzətlər gəlir. Mənim üçün keks bişirmək olduqca asan və ləzzətli bir prosesdir. Xüsusilə kakaolu keksi evdə ailə tərəfindən hamımız çox sevirik. Sizlər də keks edərkən xəyal qırıqlığı yaşamayın deyə qabarıq və ləzzətli kekslərin sirlərini paylaşacağam.

** Əvvəlcə keks edəcəyiniz bütün vəsaitlər otaq istiliyində olmalıdır.

**Keksinizi etməyə başladığınızda sobanızı orta istiliyə gətirərək istilədin. Dərəcə vermək səhvdir, çünki hər sobanın istilik dərəcəsi fərqlidir, ümumiyyətlə 150-180 dərəcə arası yaxşı olur.

**Keksin qabarması üçün vəsaitləri qarışdırarkən həmişə eyni istiqamətdə qarışdırmalısınız.

**Keksinizin bişdikdən sonra sobadan çıxınca sönməməsi üçün keksi qəlibə tökdükdən sonra 20 dəqiqə qəlibdə dinləndirməli və sonra bişirməlisiniz.

**Keks qəlibini yağladıqdan sonra qəlibə azca un ya da şəkər səpsəniz keksin qəlibdən çox asan çıxdığını görəcəksiniz.

** Meyvəli keks edərkən meyvələri çox az unlamak keksin içində meyvələrin daha gözəl dağılmasını təmin edər.

**Keksi bişirəcəyiniz keks qəlibinin döşəməsi qalın olsa keksinizin üzəri bişər və altı bişməz.

**Keksinizi aluminium nimçədə bişirmək yumşaq bir keks əldə etmənizi təmin edər.

**Keks sobaya verildikdən sonra ilk 20 dəqiqə sobanın qapağı açılmamalıdır.

**Keksin içinin bişib bişmədiyini kibrit çöpü batıraraq anlaya bilərsiniz. Kibrit çöpü keksdən təmiz çıxdığında keks bişmişdir.

**Keksin içərisinə qoz, fındıq kimi vəsaitlər sobaya qoyulmadan dərhal əvvəl əlavə olunmalıdır. yoxsa keksin dibinə çökərlər.

**Yaş keks edərkən yumşaq və browni dadını istəyirsinizsə əvvəlcə keksinizin normal keksdən daha maye olması lazımdır. Ayırdığınız sousun içinə bir az daha kakou əlavə edin.

**Keks sobadan çıxartdıqdan sonra yaş bir bezin üzərində 5 dəqiqə dinləndirsəniz qəlibdən asanca çıxar.

loading...
Offline
  • Şərh №: 2
  • 31 may 2018 00:43
  • Xəbər sayı: 0
  • Şərh sayı: 1526
Viagra 40 Pills For 99 Propecia Website Pharmacy Cialis Prezzo Ufficiale п»їcialis Forum Acheter Viagra Doctissimo

--------------------
Offline
  • Şərh №: 1
  • 24 sentyabr 2015 10:34
  • Xəbər sayı: 0
  • Şərh sayı: 215
Bilmirdim tesekkurler

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər