Özəl:

Balıq qoxusundan necə xilas olmaq olar?



Balıq qoxusundan necə xilas olmaq olar?
Balıq çox sağlam bir qida olmaqla birlikdə qoxusu çox adam üçün narahatlıq vericidir. Balıq qoxusu həm evə həm də əllərimizə hoparaq bizləri narahat edər. Məhz buna görə də sizlərlə əlimizdəki və evimizdəki balıq qoxusunu keçirmə yollarını paylaşıram.

*Əldəki balıq qoxusu üçün 1 limonu ikiyə bölün və limon ilə əllərinizi ovun.

*Limon odekolonuda əldəki balıq qoxusunu çıxarmada təsirlidir. Limon odekolonunu əllərinizə tökün , əlinizi yaxşıca ovxalayın, sabunlayıb, durulayın, qoxu gedəcək.

*4 yemək qaşığı qabartma tozunu bir qabın içinə qoyun, daha sonra çox az su əlavə edib əllərinizi bu suda yuyun. Daha sonrada əllərinizi durulayın.

*Balıq qızartdığınız tavanı əvvəlcə soyuq suya tutun. Çünki isti su qoxunun qalıcı olmasına səbəb olar.

*Balıq qoxusunu evdən çıxarmaq üçün isə , qazan içərisinə su qoyun, suyun içərisinə bir az sirkə və ya limon suyu və xoş bir qoxu vermək üçün də dəfnə yarpağı, çubuq darçın və qərənfil kimi qoxulu bitkilər əlavə edin və qaynadın.

*Balıq qoxusunu evdən çıxarmaq üçün bir başqa yol ocaqda limon qabığı yandırmaqdır.

*Evdə balıq bişirərkən qoxu meydana gəlməməsi üçün qızartmadakı balıqların arasına dəfnə yarpaqları yerləşdirə bilərsiniz.

*Evdə balıq bişirərkən qoxu meydana gəlməməsi üçün bir başqa yol isə tavadaki qızğın yağın içərisinə 4-5 dilim limon qoya bilərsiniz ya da bir neçə budaq cəfəri atmanız təsirli olacaq.

*Evdə balıq bişirərkən qoxu meydana gəlməməsi üçün balıq bişirərkən bir küncdə qoxulu şam yaxa bilərsiniz.

loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər