Özəl:

Unun heç bilmədiyimiz istifadə qaydaları



Unun heç bilmədiyimiz istifadə qaydaları
Unu sadəcə xəmir işi üçün istifadə edənlər bu xəbərə çox sevinəcək.
Bankanın ağzını bağlamadan əvvəl ağız kənarlarına un səpin. Onda yenidən açanda o qədər də gücə düşməyəcəksiz.
Parlaqlığını itirmiş dəmir qaba un səpib ovun. Təmizlədikdən sonra parıldayacaq.
Qarışqaların evə girdiyi yerlərə un səpib onlardan canınızı qurtara biləcəksiniz.
Bağa əkdiyiniz kartofların ətrafına un əlavə etsəniz, həşərat basmasının qarşısını ala bilərsiniz.
Eyni miqdarda un və balı qarışdıraraq, sızanaqların üzərinə çəkib səhərə qədər saxlayın. Səhər oyandığınızda şişkinliyin endiyini görəcəksiniz.
Təcili evdən çıxmalısınız və çimməyə vaxtınız yoxdursa, yağlı saç diblərinə un səpib quru şampun kimi istifadə etmək olar.
1 kasa qırmızı üzümü əzib 2-3 qaşıq unla qarışdırıb dərinizə sürtün və 25 dəqiqə saxlayıb dəridəki toksinlərdən təmizləyən maska kimi istifadə edin.

loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər