Özəl:

Şalvarın düzgün ütülənməsi



Şalvarın düzgün ütülənməsi
Şalvarın ütlənməsində ciddi bir çətinlik yoxdur. Lakin əgər şalvar xüsusi həssas parçadan tikilibsə xüsusi texnikasız burda keçinmək olmaz.

Dərəcə
Ütləməyə başlamazdan əvvəl şalvarın etiketində yazılmış instruksiya ilə tanış olun. Əgər şalvar pambıq və ya kətandandırsa bu zaman ütünü yaxşıca qızdırmaq lazımdır. Lakin əgər şalvar həssas parçalardan tikilibsə bu zaman ütünü çox qızdırmaq məsləhət görülmür.

Ciblər
Cibləri yaxşıca ütləmək üçün onun hər iki tərəfini ütləmək lazımdır. Bunun üçün şalvarı tərs üzünə çevirin və cibini yaxşıca ütləyin. Tərs üzündə bütün şalvarı da ütləmək olar, cibin altındakı hissəni də unutmayın.

Su
Xüsusi əzik yerlər də problem deyil. Onları su və ya buxarın köməyi ilə ütləmək olar.

Çətin yerlər
Zamok, düymələr kimi çətin yerləri ütünün ucu ilə ütləyin. Bu yerləri ideal vəziyyətə gətirmək üçün buxardan istifadə edə bilərsiz.

Məsləhət:
Əgər sizin paltaryuyan maşınınız qurutma funksiyasına malikdirsə, onu yarı kökləyin. Paltarları qurutma prosesi bitən kimi götürmək lazımdır, bununla əzilmənin qarşısını ala bilərsiniz.

loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər