Özəl:

Azərbaycan dili (Söz biləşməsi - 1-ci hissə)



Azərbaycan dili (Söz biləşməsi - 1-ci hissə)
Sintaksis qrammatikanın bir şöbəsi olub söz birləşmələrini və cümlələri öyrənir.
 
Söz birləşməsi
Söz birləşməsi iki və daha artıq müstəqil sözün məna və qrammatik cəhətdən birləşməsindən əmələ gəlir: yurdu qorumaq, ana ürəyi və s.
Söz birləşməsi ən azı iki müstəqil mənalı sözün birləşməsindən əmələ gəlir. Buna görə də müstəqil sözlə köməkçi sözün birləşməsi söz birləşməsi sayılmır: bizə tərəf, sənin üçün.
Söz birləşmələri quruluşca iki cür olur: sadə və mürəkkəb. Sadə söz birləşmələri iki müstəqil mənalı sözdən (mənim arzum), mürəkkəb söz birləşmələri üç və daha artıq müstəqil mənalı sözdən (Türkün qədim torpağı) ibarət olur.
Köməkçi nitq hissələri söz birləşməsinin quruluşuna təsir göstərmir. 

Söz birləşməsi və söz
Söz birləşməsi ilə söz arasında aşağıdakı oxşar cəhətlər var:
- Hər ikisi ad bildirir: məktəb, direktor-məktəb direktoru.
- Hər ikisi cümlənin qurulmasında bir vasitədir: kitabdır-Sənin kitabındır.
- Həm mürəkkəb söz, həm də söz birləşməsi sözlərdən təşkil olunur: ölkələrarası, ölkə prezidenti.
Söz birləşməsi ilə söz arasında aşağıdakı fərqli cəhətlər var:
- Sözlər səslərdən, söz birləşmələri sözlərdən düzəlir.
- Söz birləşmələri sözə nisbətən daha konkretlik bildirir: "hava" dedikdə bütün havalar və havanın bütün əlamətləri nəzərdə tutulur. "Dağ havası" dedikdə isə məhz dağın havasından danışıldığı başa düşülür.
- Söz leksik, söz birləşməsi isə sintaktik vahiddir. Yəni sözlər dilimizin lüğət tərkibində hazır şəkildə olduğu halda, söz birləşmələri nitq prosesində meydana gəlir. 
- Söz birləşməsində tərəflərin ayrıca öz vurğusu olduğu halda, sözlərin bir vurğusu olur.
- Sözlərdən fərqli olaraq söz birləşmələrində əsas və asılı tərəflər olur.

Söz birləşməsi və cümlə
1. Oxşar cəhətlər
- Həm söz birləşmələri, həm də cümlələr sözlərdən təşkil olunub: təbiəti sevmək, təbiəti sevirəm.
- Həm söz birləşmələrindəki, həm də cümlələrdəki sözlər müəyyən ardıcıllıqla sıralanır.

2. Fərqli cəhətlər:
- Cümlədən fərqli olaraq söz birləşməsində bitmiş fikir və intonasiya olmur. Mənim dostum-Mənim dostumdur.
- Söz birləşməsi bir sözdən ibarət ola bilmədiyi halda, cümlə bir sözdən ibarət ola bilir: Ayaqqabıdır. Səhərdir.
- Cümlə söz birləşməsinə nisbətdə daha böyük sintaktik vahiddir.

Söz birləşməsinin növləri
Söz birləşmələrinin iki tərəfi olur: birinci tərəf, ikinci tərəf. Dilimizdə birinci tərəfə həmişə asılı, ikinci tərəfə isə əsas tərəf deyilir. Əgər söz birləşməsi üç və ya daha artıq sözün birləşməsindən əmələ gəlibsə, yalnız sonuncu söz əsas, ondan əvvəlkilər asılı tərəf sayılır. İkinci tərəf birinci tərəfi özünə tabe etdiyi üçün bəzən bu terminlərin yerində tabe olan (asılı), tabe edən (əsas) sözləri də işlədilir. Məs: "Çiçək ətri" birləşməsində çiçək asılı, ətri isə əsas tərəfdir. Bəzən inversiyadan istifadə edərək söz birləşməsində tərəflərin yerini dəyişmək olar: mənim vətənim-vətənim mənim.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər