Özəl:

Rus dili (Morfemlərin yazılışı)



Rus dili (Morfemlərin yazılışı)
Morfemlərin yazılışı rus dilində 3 prinsiplə nizamlanır — fonematik, ənənəvi, fonetik.
Fonematik prinsip aparıcıdır və bütün yazılışların 90%-dən artıq nizamlayır. Onun əsası ondadır ki, yazıda fonetik olaraq saitlərin reduksiyası, samitlərin zəifləməsi, güclənməsi və yumşalması kimi mövqeli dəyişikliklər əks olunmur. Bu halda saitlər vurğu altında olduğu kimi yazılır, samitlər isə - güclü mövqedə olduğu kimi, məsələn, saitlərdən əvvəl olan mövqedə. Müxtəlif mənbələrdə bu əsas prinsipin cürbəcür adları ola bilər – fonematik, morfematik, morfoloji.
Ənənəsi prinsip yoxlanılmayan sait və samitlərin (собака, аптека), köklərin əvəzlənmə ilə yazılışını təmzimləyir (слагать — сложить).
Orfoqrafiyanın fonetik prinsipi bundadır ki,  bəzi qrup morfemlərin yazılişında real tələffüz əks oluna bilər, yəni ki səslərin mövqeli dəyişilməsi. Rus orfoqrafiyasında bu prinsipi 3 orfoqrafik qayda üzərində reallaşdırılır - з/с ilə bitən önşəkilşilərin yazılışı (разбить — распить), роз/раз/рос/рас önşəkilçilərində saitlərin yazılışı  (расписание — роспись) və  samitlə bitən önşəkilçilərdən sonra и ilə başlayan köklərin yazılışı (история — предыстория).

BITIŞIK, AYRI VƏ DEFISLI YAZILIŞ
Bitişik, ayrı və defisli yazılış vahidlərin morfoloji müstəqilliyini nəzərə alaraq ənənəvi prinsiplə tənzimlənir. Bəzi sözlər əsasən ayrı yazılır, istisna önlüklərlə mənfi və qeyri-müəyyən əvəzliklər (не с кем) və bəzi zərflər(в обнимку), söz hissələri – bitişik və ya defislə (müqayisədə: по моему мнению və по-моему) .
 
BÖYÜK VƏ KIÇIK HƏRFLƏRIN IŞLƏDILMƏSI
Böyük və kiçik hərflərin işlədilməsi leksik-sintaksik qayda ilə tənzimlənir: bütün xüsusi isimlər və adlar (МГУ, Московский государственный университет), həmçinin hər cümlənin əvvəlindəki ilk sözün baş hərfi böyük hərflə yazılır. Qalan sözlər kiçik hərflərlə yazılır.

loading...
Offline
  • Şərh №: 3
  • 26 fevral 2017 15:01
  • Xəbər sayı: 7
  • Şərh sayı: 151
mektebde kecirilmediyi üçün bilmirem.amma öğrenmek isterem
Offline
  • Şərh №: 2
  • 19 may 2015 13:04
  • Xəbər sayı: 0
  • Şərh sayı: 8
mən rus dilini əla bilirəm
Offline
  • Şərh №: 1
  • 3 may 2015 15:20
  • Xəbər sayı: 2
  • Şərh sayı: 173
rus dilini bilmirem amma yazilisini bilirem. yeni anlayisim var az cox rus ddilinden

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər