Ъ və Ь funksiya və yazılışı
Ъ sərtlik işarəsi rus dilində ayırıcı funksiyanı yerinı yetirir — göstərir ki, samirdən sonra yotlaşmış sait hərfi samitin yumşaqlığını deyil, iki səsi ifadə edir: я — [й’а], е — [й’э], ё — [й’о], ю — [й’у] (объять [абй’́ат’], съест [сй’эст], съёмка [сй’́омка]).
Sərtlik işarəsi ъ qabağında samitlər sərt tələffüz olunur:
подъезд – по[д]ъезд
Ь Yumşaltma işarəsinin funksiyaları daha qəlizdir. O rus dilində 3 funksiya -ayırıcı, qoşa samitlərin müstəqil yumşaqlığını ifadə edən və qrammatik funksiyaları yerinə yetirir:
1.Yumşaltma işarəsi sözdə я, ю, е, ё, и əvvəlində, yalnız söz önlüyündən sonra deyil (вьюга, соловьиный) və bəzi gəlmə sözlərdə о əvvəlində (бульон, компаньон) analoji ayırıcı funksiyanı yerinə yetirə bilər.
2.Yumşaltma işarəsi sözün sonunda və ya sözün ortasında samitlərin qabağında qoşa samitlərin sərbəst yumşaqlığını işarə etmək üçün qulluq edir.
3.Yumşaltma işarəsi sərt/yumşaq etibarilə qoşalaşmayan samitdən sonra qrammatik funksiyanı yerinə yetirir – heç bir fonetik ağırlıq daşımadan adət edilmiş qaydada müəyyən qrammatik formada yazılır:
ключ – ночь
учится — учиться
Bununla belə, yumşaltma işarəsi yalnız sərt samitlərdə deyil, yumşaq qoşalaşmayan samitlərdə də yumşaqlığı ifadə etmir.
loading...