Özəl:

Rus dili (Kar-cingiltili + Sərt-yumşaq samitlər)



Rus dili (Kar-cingiltili + Sərt-yumşaq samitlər)
Kar/cingiltili səmitlərin yazıda əks olunması

Yazıda xüsusi samit hərflər vasitəsilə (там — дам) yalnız samitlərin müstəqil kar/cingiltili olması əks olunur.

Mövqeli zəifləmə/güclənmə bir çox digər mövqeli fonetik dəyişikliklər kimi yazıda əks olunmur.

İstisnalar:

1) с/з- söz önlüyün yazılışı: рас-сыпать, раз-бить; tələffüzün əksi burada da axıracan keçirilmir, çünki yalnız kar/cingiltili etibarilə səslərin ahəngi göstərilir:

расшевелить [рашыв’ил’́ит’],

2) bəzi gəlmə sözlərin yazılışı:

транскрипция — транскрибировать.

Sərt və yumşaq samit səslər


Sərt və yumşaq samitlər artikulyasiya xüsusiyyətlərinə görə fərqlənir, daha doğrusu danışıq zamanı dilin vəziyyətinə görə

Sərt/yumşaq etibarilə fərqləndirilən 15 cüt  samit var:

[б] — [б’], [в] — [в’], [г] — [г’], [д] — [д’], [з] — [з’], [к] — [к’], [л] — [л’], [м] — [м’], [н] — [н’], [п] — [п’], [р] — [р’], [с] — [с’], [т] — [т’], [ф] — [ф’], [х] — [х’].

Sərt qoşalaşmayan samitlərə [ц], [ш], [ж], yumşaq qoşalaşmayan samitlərə isə [ч’], [щ’], [й’] səsləri daxildir. (bəzi sözlərdə rast gəlinən [ж’] səsi də  yumşaq qoşalaşmayan səsdir).

[ш] və [щ’] samitləri (həmçinin [ж] və  [ж’]) qoşalaşmırlar, çünki yalnız sərt/yumşaqlığı ilə deyil, uzuluğu/qısalığı ilə də fərqlənirlər.

Bütün deyilənləri bu cədvəldə birləşdirmək olar:
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər